İmam Əli (ə):«Kim yemək yeməyə və ya su içməyə başlayanda Allahın adını dilinə gətirsə və sonda Allaha şükr etsə, həmin yemək neməti barəsində ondan heç vaxt sual soruşulmaz.» (Vəsailuş-Şiə, c.16, səh.484, hədis 5)
Allahın Peyğəmbəri (s):«Az
yeyən şəxsin mədəsi sağlam qalar və o, qəlb saflığı tapar. Çox yeyən şəxsin mədəsi
isə xəstə olar və qəlbi bərkiyər.» (Tənbihul-Xəvatir, c.1, səh.46)
İmam Əli (ə):«Yeməyinizi duzla başlayın. Çünki əgər camaat duzun faydalarının nə olmasını bilsəydi, onu təcrübədən keçmiş zərdabdan üstün tutardı.» (Vəsailuş-Şiə, c.16, səh.520, hədis 3)
İmam Həsən (ə):«Süfrənin on iki qaydası var ki, hər bir müsəlman onları bilməlidir: Onların dördü vacib, dördü sünnə (müstəhəbb) dördü isə ədəbə riayət etməkdir. Vacib olan dördü: mərifət, razılıq, Allahın adını dilə gətirmək və şükr etmək; sünnə olan dördü: yeməkdən əvvəl əlləri yumaq, bədənin sol tərəfi üstündə oturmaq, üç barmaqla yemək və barmaqları yalamaq; ədəbə görə olanlar isə - qarşında olanı yemək, tikəni kiçik götürmək, yeməyi yaxşı çeynəmək və camaatın üzünə az baxmaqdan ibarətdir.» (Vəsailuş-Şiə, c.16, səh.539, hədis 1)
İmam Sadiq (ə):«Kim yeməkdən əvvəl və sonra əllərini yusa həmin yeməyin əvvəlində və axırında ona bərəkət verilər və nə qədər ki, sağdır rifah halında yaşayar və cismani xəstəlikdən amanda qalar.» (əl-Məhəccətul-bəyza, c.3, səh. 6)
İmam Sadiq (ə) Peyğəmbərin (s) qadağan etdiyi şeylər barəsində atalarından nəql etdiyi hədisində:«Peyğəmbər yeməyi və ya içməli şeyi üfürməkdən çəkindirib.» (Vəsailuş-Şiə, c.16, səh.518, hədis 1)
İmam Sadiq (ə):«Qablarınızı qapaqsız qoymayın. Çünki qabların ağzı örtülü olmayanda şeytan onlara ağız suyu atır və onların içindən istədiyini götürür.» (Müstədrəkul-Vəsail, c.8, səh.295, hədis 9485)
İmamKazimdən (ə) alçaq adam barəsində sual soruşduqda o Həzrət buyurdu:«Küçədə-bazarda (bir şey) yeyən adam.» (Vəsailuş-Şiə, c.116, səh.510, hədis 1)
əl-İxtisas:«Nəql edilib ki: Süfrədə oturmağı uzadın. Çünki həmin müddət sizin ömrünüzdən hesab edilmir.» (əl-İxtisas, səh. 253)

İmam Əli (ə):«Az yemək bir növ pəhrizkarlıq, çox yemək isə bir növ
israf və həddi aşmaqdır.» (Müstədrəkul-Vəsail, c.16, səh.213, hədis 19634)
Allahın Peyğəmbəri (s):«Çox yeməkdən çəkinin ki, o qəlbi bərkidər,
bədən üzvlərini Allahın itaətində tənbəlləşdirər və himmətləri öyüd-nəsihət
eşitməkdə kar edər.» (Biharul-Ənvar, c.77, səh.182, hədis 10)
«Zehnin itiliyi ilə çox yemək bir yerə sığışmaz.» (Müstədrəkul-Vəsail,
c.16, səh.222, hədis 19652)
Qarın halal yeməklərlə dolu olsa belə, qəlb xeyir və məsləhətli şeyləri
görməkdə kor olar.» (Ğurərul-Hikəm, hədis 4139)
Allahın Peyğəmbəri(s):«Xoş o adamın halına ki, qarnı yeməkdən
boşdur, aclıq çəkir və səbr edir. Belələri Qiyamət günü tox olacaq kimsələrdir.»
(Biharul-Ənvar, c.75, səh.462, hədis 17)
Müstədrəkul-vəsail:«Me’rac hədisində deyilir: Həzrət Peyğəmbər (s) buyurub:«Pərvərdigara! Aclığın səmərəsi nədir?» Allah-taala buyurub:«Hikmət, qəlbin qorunması, Mənə yaxınlaşmaq, həmişəlik hüzn, camaata az zəhmət vermək, haqqı demək və asan və ya çətin yaşamaqdan qorxmamaq.»
(Biharul-Ənvar, c.77, səh.22, hədis 6)
Allahın Peyğəmbəri (s):«Yeməyi iştahan olanda ye və hələ iştahan
varkən yeməkdən əl götür.» (Biharul-Ənvar, c.62, səh.290)
İmam Rza (ə):«Kim sağlam, həmçinin arıq və çevik bədən sahibi olmaq istəyirsə axşam yeməyini azaltsın.» (Biharul-Ənvar, c.62, səh.324)
İmam Rza (ə):«Kim sağlam, həmçinin arıq və çevik bədən sahibi olmaq istəyirsə axşam yeməyini azaltsın.» (Biharul-Ənvar, c.62, səh.324)
Allahın Peyğəmbəri(s):«Kim başqasının gözü qabağında yemək
yesə və həmin şəxsi yeməyinə şərik etməsə, dərmanı olmayan bir dərdə düçar
olar.» (Tənbihul-Xəvatir, c.1, səh.47)
İmam Əli (ə):«İsti yeməyi soyudun. Çünki Peyğəmbərin (s). qabağına isti
yemək qoyulduqda o Həzrət buyurdu: Qoyun soyusun, Allah bizə od yedizdirmir, bərəkət
soyuq yeməkdədir.» (əl-Kafi, c.6, səh.321, hədis 1)

Hiç yorum yok:
Yorum Gönder