11 Ağustos 2015 Salı

MƏSUMLARIN NURLU KƏLAMLARI

Bismillahir-Rəhmanir-Rəhim

Hədis 1: Həzrət Məhəmməd (s) buyurur: “Bütün yaxşılıqlardan üstün bir yaxşılıq vardır. Lakin insan Allah yolunda öldürüldükdə, daha bundan da üstün bir yaxşılıq yoxdur.”
* * *
Hədis 2: Həzrət Məhəmməd (s) buyurur: “Heç bir damla Allah yolunda tökülən qan damlasından əziz deyil.”
* * *
Hədis 3: İmam Sadiq (ə) buyurur: “Hər kəs Allah yolunda öldürülsə, Allah-təala ona heç bir günahını göstərməz.” (Bütün günahları bağışlanar).
* * *
Hədis 4: İmam Sadiq (ə) buyurur: “Ailə xərcinin qorxusundan evlənməyən kəs Allaha qarşı sui-zənn etmişdir.”
* * *
Hədis 5: İmam Sadiq (ə) buyurur: “Hər kəs mö`mini yoxsulluğuna görə alçaq saysa, Allah-təala da qiyamət günü onu xalq qarşısında rüsvay edər.”
* * *
Hədis 6: İmam Sadiq (ə) buyurur: “Bütün peyğəmbərlər bizim (Biz Əhli-beytin) üstünlüyümüzü və haqqımızı tanıyaraq məb`us olmuşdur.”
Hədis 7: İmam Baqir (ə) buyurur: “Üç şey insanın belini qırır:
1. Öz əməlini böyük saymaq;
2. Öz günahını yaddan çıxarmaq;
3. Öz rəyindən xoşu gəlmək.
* * *
Hədis 8: İmam Sadiq (ə) buyurur: “Allah-təalaya hüsn-zənn budur ki, Ondan başqa heç kəsə ümidin olmasın və günahlarından başqa heç nədən qorxmayasan.
* * *
Hədis 9: İmam Həsən (ə) buyurur: “Günahın cəzasını verməkdə tələsmə, üzr üçün bir yol qoy.”
* * *
Hədis 10: Həzrət Məhəmməd (s) buyurur: “Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, Allah yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir.”
* * *
Hədis 11: Həzrət Məhəmməd (s) buyurur: “Öz ümmətim üçün hər şeydən çox danışıqda mahir olan münafiqlərdən qorxuram.”
* * *
Hədis 12: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahuzarını eşitsin.”
* * *
Hədis 13: Həzrət Məhəmməd (s) buyurur: “Bir şəxsi işlətmək üçün əcir tutduqda, haqqını ona əvvəlcədən e`lan edin.”
* * *
Hədis 14: Həzrət Məhəmməd (s) buyurur: Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər.”
* * *
Hədis 15: Həzrət Məhəmməd (s) buyurur: “Əgər öz yaxşı işindən sevinib, pis işindən narahat olursansa, deməli mö`minsən.”
* * *
Hədis 16: Həzrət Məhəmməd (s) buyurur: “Qəzəbləndiyin zaman, sakit ol (dayan).
* * *
Hədis 17: Həzrət Məhəmməd (s) buyurur: “Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın.”
* * *
Hədis 18: Həzrət Məhəmməd (s) buyurur: “Bir bəndə öldükdə camaat deyər: “Özündən sonra nə qoydu getdi?” Və mələklər deyər: “Özü ilə nə gətirdi?
* * *
Hədis 19: Həzrət Məhəmməd (s) buyurur: “Ölənlərinizin yaxşılıqlarını yada salın və pisliklərinə göz yumun.”
* * *
Hədis 20: Həzrət Məhəmməd (s) buyurur: “İki saleh qohumundan həya etdiyin kimi Allahdan həya et.”
* * *
Hədis 21: Həzrət Məhəmməd (s) buyurur: “Xalqa möhtac olmayın və onlardan bir diş çöpü belə istəməyin.”
* * *
Hədis 22: Həzrət Məhəmməd (s) buyurur: “Xalqın ən şücaətlisi öz nəfsinə qalib gələn şəxsdir.”
* * *
Hədis 23: Həzrət Məhəmməd (s) buyurur: “Beşikdən qəbrədək elm axtarışında (öyrənməkdə) olun.”
* * *
Hədis 24: Həzrət Məhəmməd (s) buyurur: “Mö`minin çətinliyi hamıdan çoxdur, çünki o həm dünya, həm də axirət işləri ilə məşğul olmalıdır.”
* * *
Hədis 25: Həzrət Məhəmməd (s) buyurur: “Az günah etsən, ölüm sənə asan olar.”
* * *
Hədis 26: Həzrət Məhəmməd (s) buyurur: “Diş fırçalamaq barəsində mənə o qədər göstəriş verdilər ki, onun vacib olacağından qorxdum.”
* * *
Hədis 27: Həzrət Məhəmməd (s) buyurur: “Dünyada hamıdan tox olan, qiyamətdə hamıdan ac olacaq.
* * *
Hədis 28: Həzrət Məhəmməd (s) buyurur: “Sədəqə var-dövləti artırar.”
* * *
Hədis 29: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala ata və anaya yaxşılıq edən insanın ömrünü uzadar.”
* * *
Hədis 30: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala bütün danışanların dilinə nəzarətçidir. Bəndə Allahdan qorxmalı və nə danışdığına fikir verməlidir.”
* * *
Hədis 31: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala duada israr edənləri sevər.”
* * *
Hədis 32: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala, bəndəsinin Ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər.”
* * *
Hədis 33: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala boş söz-söhbətləri sizə qadağan etdi.”
* * *
Hədis 34: Həzrət Məhəmməd (s) buyurur: “İsrafın bir növü də ürəyin istədiyi hər bir şeyi yeməkdir.”
* * *
Hədis 35: Həzrət Məhəmməd (s) buyurur: “Hər kəs Allahdan bir şey istəməsə, Allah ona qəzəblənər.”
* * *
Hədis 36: Həzrət Məhəmməd (s) buyurur: “Öz sübhünüzü sədəqə verməklə başlayın, çünki bəla sədəqənin üstündən keçə bilmir.”
* * *
Hədis 37: Həzrət Məhəmməd (s) buyurur: “Sübh tezdən ruzi və hacət dalınca gedin, çünki tezdən durmaq bərəkət və qurtuluşa səbəbdir.”
* * *
Hədis 38: Həzrət Məhəmməd (s) buyurur: “Varlıların yediyi, fəqirlərin isə məhrum olduğu toy xörəyi necə də pisdir.”
* * *
Hədis 39: Həzrət Məhəmməd (s) buyurur: “Paxıl (xəsis) o şəxsdir ki, adım çəkiləndə mənə salavat göndərmir.”
* * *
Hədis 40: Həzrət Məhəmməd (s) buyurur: “Çox yemək qəlbdə qəsavət (daşürəklilik) yaradır.”
* * *
Hədis 41: Həzrət Məhəmməd (s) buyurur: “Oruc tutarkən obaşdan yeyin, çünki obaşdanlıq bərəkətin əsasıdır.”
Hədis 42: Həzrət Məhəmməd (s) buyurur: “Bir-birinizə əl verin (görüşün) ki, qəlbinizdən kin xaric olsun.”
* * *
Hədis 43: Həzrət Məhəmməd (s) buyurur: “Günahdan tövbə odur ki, onu təkrar etməyəsiniz.”
* * *
Hədis 44: Həzrət Məhəmməd (s) buyurur: “Dünyanın şirinliyi axirətin acılığı və dünyanın acılığı axirətin şirinliyidir.”
* * *
Hədis 45: Həzrət Məhəmməd (s) buyurur: “Qadının cihadı ərinə yaxşı baxmaqdır.”
* * *
Hədis 46: Həzrət Məhəmməd (s) buyurur: “Evlənməyin ən yaxşısı odur ki, asan başa gəlsin.”
* * *
Hədis 47: Həzrət Məhəmməd (s) buyurur: “Dostlarınızın ən yaxşısı eyblərinizi sizə deyəndir.”
* * *
Hədis 48: Həzrət Məhəmməd (s) buyurur: “Allah rəhmət etsin o kəsə ki, öz dilini islah edər.”
* * *
Hədis 49: Həzrət Məhəmməd (s) buyurur: “Çox gülmək qəlbi öldürər.”
Hədis 50: Həzrət Məhəmməd (s) buyurur: “Əməl olunan elmdən savayı, bütün elmlər qiyamət günündə vizrü-vəbal olacaqdır.”
* * *
Hədis 51: Həzrət Məhəmməd (s) buyurur: “Heç bir işi sabaha saxlama ki, hər günün öz işi var.”
Hədis 52: Həzrət Məhəmməd (s) buyurur: “Özünüz yemədiyinizi yoxsullara yedirməyin.”
* * *
Hədis 53: Həzrət Məhəmməd (s) buyurur: “Cahil (nadan) bir şəxs ya ifrat edər (həddi aşar), ya da geridə qalar.”
* * *
Hədis 54: Həzrət Məhəmməd (s) buyurur: “Kim məsləhətləşsə peşman olmaz və kim də orta həddi gözləsə, yoxsul olmaz.”
* * *
Hədis 55: Həzrət Məhəmməd (s) buyurur: “Bir şəxs özü üçün istədiyini din qardaşı üçün də istəmədikcə mö`min olmaz.”
* * *
Hədis 56: Həzrət Məhəmməd (s) buyurur: “Heç bir kəs gücü çatmayan şeyi qonağı üçün hazırlamamalıdır.”
* * *
Hədis 57: Həzrət Məhəmməd (s) buyurur: “Camaata verilən heç bir sədəqə onların arasında yayılan elmdən üstün deyildir.”
* * *
Hədis 58: Həzrət Məhəmməd (s) buyurur: “O işi ki, istəmirsən camaat səndən görsün, təklikdə də əncam vermə.”
* * *
Hədis 59: Həzrət Məhəmməd (s) buyurur: “Mən hara, dünya hara?! Mənim dünyadakı vəziyyətim bir ağacın kölgəsində oturan, sonra onu orada qoyaraq durub gedən müsafir kimdir.”
* * *
Hədis 60: Həzrət Məhəmməd (s) buyurur: “Sədəqə verməklə mal azalmaz.”
* * *
Hədis 61: Həzrət Məhəmməd (s) buyurur: “Hər kəs çox yeməyə adət etsə, ürəyi qəsavət bağlayar (daşlaşar).”
* * *
Hədis 62: Həzrət Məhəmməd (s) buyurur: “Hər kəs özünü hansı dəstəyə oxşadarsa, həmin dəstədəndir.”
* * *
Hədis 63: Həzrət Əli (ə) buyurur: “Sizin qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuzuna satmayın.”
* * *
Hədis 64: Həzrət Məhəmməd (s) buyurur: “Elm ilə birgə olan yuxu, cəhl ilə birgə olan ibadətdən üstündür.”
* * *
Hədis 65: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala övladlarınız arasında, hətta onları öpərkən belə ədalətə riayət etməyinizi sevir.”
* * *
Hədis 66: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala yalnız rəhimli bəndələrinə rəhm edər.”
* * *
Hədis 67: Həzrət Məhəmməd (s) buyurur: “Qadının bərəkətli olmasının əlaməti budur ki, elçiliyi asan, mehriyyəsi isə yüngül olsun.”
* * *
Hədis 68: Həzrət Məhəmməd (s) buyurur: “Bu dünyada sizin üçün bir müsafirin azuqəsi qədər olan mal kifayətdir.”
* * *
Hədis 69: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala behişti nə dediyinə və onun haqqında deyildiyinə əhəmiyyət verməyən pis danışıqlı adamlara haram etmişdir.”
* * *
Hədis 70: Həzrət Məhəmməd (s) buyurur: “Sizin ən yaxşınız dünyaya daha rəğbətsiz, axirətə isə daha rəğbətli olanınızdır.”
* * *
Hədis 71: Həzrət Məhəmməd (s) buyurur: “Qardaşın (öz din) qardaşına olan gizli duası rədd ediləsi deyil.”
* * *
Hədis 72: Həzrət Məhəmməd (s) buyurur: “Dünya mö`minin zindanı, kafirinsə behiştidir.”
* * *
Hədis 73: Həzrət Məhəmməd (s) buyurur: “Allah o kəsə rəhmət etsin ki, sözlərindən artığını saxlayar, malının artığını isə sədəqə verər (paylayar).”
* * *
Hədis 74: Həzrət Məhəmməd (s) buyurur: “Alimin iki rəkət namazı, alim olmayan adamın yetmiş rəkət namazından üstündür.”
* * *
Hədis 75: Həzrət Məhəmməd (s) buyurur: “Allaha diqqətlə qılınan iki rəkət namaz, Allahdan qəflətdə qılınan min rəkət namazdan üstündür.”
* * *
Hədis 76: Həzrət Əli (ə) buyurur: “Kim özünü hesaba çəksə, səadətə yetişər.”
* * *
Hədis 77: Həzrət Məhəmməd (s) buyurur: “Elmin fəziləti ibadətin fəzilətindən çoxdur.”
* * *
Hədis 78: Həzrət Məhəmməd (s) buyurur: “Elmlə olan az əməl faydalı, cəhalətlə olan çox əməl isə faydasızdır.”
* * *
Hədis 79: Həzrət Məhəmməd (s) buyurur: “Əgər mənim bildiklərimi bilsəydiniz, az gülüb çox ağlayardınız.”
* * *
Hədis 80: Həzrət Məhəmməd (s) buyurur: “Bəndə öz dilini saxlamayınca, imanın həqiqətinə çatmaz.”
* * *
Hədis 81: Həzrət Məhəmməd (s) buyurur: “İnsanı üzünə tə`rif etmək, onu qətlə yetirmək kimidir.”
* * *
Hədis 82: Həzrət Məhəmməd (s) buyurur: “Allah yolunda bir gecə keşik çəkmək, min gecə namaz qılıb, gündüzləri də oruc tutmaqdan üstündür.”
* * *
Hədis 83: Həzrət Məhəmməd (s) buyurur: “İslamın zirvəsi Allah yolunda cihaddır ki, yalnız ən üstün müsəlmanlar bu zirvəyə yetişərlər.”
* * *
Hədis 84: Həzrət Məhəmməd (s) buyurur: “Günahdan tövbə edən şəxs günah etməmiş kimidir.”
* * *
Hədis 85: Həzrət Məhəmməd (s) buyurur: “Günahdan tövbə etdiyi halda, onu təkrarlayan şəxs Allahı məsxərə etmiş  kimidir.”
* * *
Hədis 86: Həzrət Məhəmməd (s) buyurur: “Dünya sevgisi bütün xataların başlanğıcıdır.”
* * *
Hədis 87: Həzrət Məhəmməd (s) buyurur: “Dünyan üçün elə çalış ki, sanki həmişə yaşayacaqsan. Axirətin üçün isə elə çalış ki, sanki sabah öləcəksən.”
* * *
Hədis 88: Həzrət Məhəmməd (s) buyurur: “Adəm övladının xatalarının çoxu dilindədir.”
* * *
Hədis 89: Həzrət Məhəmməd (s) buyurur: “Mö`mini şad edən məni şad etmiş, məni şad edən isə Allahı şad etmişdir.”
* * *
Hədis 90: Həzrət Məhəmməd (s) buyurur: “Müsəlmana hiylə quran bizdən deyildir.”
* * *
Hədis 91: Həzrət Məhəmməd (s) buyurur: “Qonşusu ac ikən özü tox yatan kəs mənə iman gətirməmişdir.”
* * *
Hədis 92: Həzrət Məhəmməd (s) buyurur: “Qiyamət günü mö`minin əməl tərəzisinə xoş xasiyyətdən də üstün olan bir şey qoyulmayacaqdır.”
* * *
Hədis 93: Həzrət Məhəmməd (s) buyurur: “Həqiqətən, xoşxasiyyətli şəxs üçün oruc tutub gecəni oyaq qalan adamın savabı vardır.”
* * *
Hədis 94: Həzrət Məhəmməd (s) buyurur: “Hər kəs sübh edə, lakin müsəlmanların işinə yarımaya, müsəlman deyildir.”
* * *
Hədis 95: Həzrət Məhəmməd (s) buyurur: “Sizlərdən hər biriniz öz (din) qardaşına özünə etdiyi kimi xeyirxahlıq etməlidir.”
* * *
Hədis 96: Həzrət Əli (ə) buyurur: “Qeybətə qulaq asan elə qeybət edən kimidir.”
* * *
Hədis 97: Həzrət Əli (ə) buyurur: “Zarafatda həddi gözləməyən şəxs əbləhdir.”
* * *
Hədis 98: Həzrət Əli (ə) buyurur: “Öz şəhvətini öldürən (cilovlayan) şəxs ağıllı insandır.”
* * *
Hədis 99: Həzrət Əli (ə) buyurur: “Məsləhət edən şəxs xatadan amanda qalar.”
* * *
Hədis 100: Həzrət Əli (ə) buyurur: “Allah yolunda döyüşənlər üçün göyün qapıları açılar.”
* * *
Hədis 101: Həzrət Əli (ə) buyurur: “Tövbə etmək qəlbləri paklayır, günahları yuyur.”
* * *
Hədis 102: Həzrət Əli (ə) buyurur: “Mö`min onunla insafsız rəftar edənlə insafla davranar.”
* * *
Hədis 103: Həzrət Əli (ə) buyurur: “Bilərəkdən günah edən şəxs bağışlanmağa layiq deyildir.”
* * *
Hədis 104: Həzrət Əli (ə) buyurur: “Zülm və fəsad yolundan çəkinib itaət yolunu tutun ki, axirətdə xoşbəxt olasınız.”
* * *
Hədis 105: Həzrət Əli (ə) buyurur: “Allahdan həya etmək bir çox günahları aradan aparır.”
* * *
Hədis 106: Həzrət Əli (ə) buyurur: “Elimsiz əməl etmək zəlalətdir (yoldan azmaqdır).”
* * *
Hədis 107: Həzrət Əli (ə) buyurur: “Bəndələrin dünyadakı əməlləri, axirətdə gözlərinin qabağında olacaqdır.”
* * *
Hədis 108: Həzrət Əli (ə) buyurur: “Təqvalıların nəfsi qane, şəhvətləri ölü, çöhrələri açıq, qəlbləri isə qəmgindir. ”
* * *
Hədis 109: Həzrət Əli (ə) buyurur: “Dünya bulud kölgəsi və şirin yuxu kimidir.”
* * *
Hədis 110: Həzrət Əli (ə) buyurur: “Ağıllı şəxs odur ki, öz nəfsi üzərində qələbə çalsın və axirətini dünyasına dəyişməsin.”
* * *
Hədis 111: Həzrət Əli (ə) buyurur: “Kimə bu dörd şey verilsə, ona dünya və axirət xeyri verilmişdir: danışıqda düzlük, əmanəti qaytarmaq, qarnı (haramlardan) gözləmək, xoş xasiyyət.”
* * *
Hədis 112: Həzrət Əli (ə) buyurur: “Qəzəbdən çəkin ki, onun başlanğıcı dəlilik, sonu isə peşmançılıqdır.
* * *
Hədis 113: Həzrət Əli (ə) buyurur: “Ağıllı şəxs odur ki, dilini saxlasın.”
* * *
Hədis 114: Həzrət Əli (ə) buyurur: “Yalan dünyada rüsvayçılıq, axirətdə isə əzabdır.”
* * *
Hədis 115: Həzrət Əli (ə) buyurur: “Allaha itaətə səbr etmək, Onun əzabına səbr etməkdən asandır.”
* * *
Hədis 116: Həzrət Əli (ə) buyurur: “Mö`min o adamdır ki, sevgisi Allaha görə, nifrəti Allaha görə, alış-verişi Allaha görədir.”
Hədis 117: Həzrət Əli (ə) buyurur: “Alim cahili tanıyır, çünki özü də əvvəl cahil olmuşdur.”
* * *
Hədis 118: Həzrət Əli (ə) buyurur: “Nadan alimi tanımır, çünki özü əvvəl alim olmamışdır.”
* * *
Hədis 119: Həzrət Əli (ə) buyurur: “Yaxşı işlər istisna olmaqla, bütün işlərdə ifrat etmək pisdir.”
* * *
Hədis 120: Həzrət Əli (ə) buyurur: “İnsan üçün nadanlığın ziyanı, cüzamın onun bədəninə vurduğu ziyandan daha çoxdur.”
* * *
Hədis 121: Həzrət Əli (ə) buyurur: “O adam mənfəət tapar ki, dünyasını axirətinə sata və əvəzində axirəti ala.”
* * *
Hədis 122: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, riyakarlığın ən aşağı mərtəbəsi belə, Allaha qarşı şirkdir.”
* * *
Hədis 123: Həzrət Əli (ə) buyurur: “Heç kim öz Rəbbindən savayı başqasına ümidvar olmamalı və yalnız öz günahlarından qorxmalıdır.”
* * *
Hədis 124: Həzrət Əli (ə) buyurur: “Bir kəs ki, özünü töhmət hüzurunda qərar verir, ona bədgüman olanları qınamamalıdır.”
* * *
Hədis 125: İmam Sadiq (ə) buyurur: “İmanlı bir şəxs heç vaxt öz şəhvətinə məğlub olmaz və qarnı onun rüsvayçılığına səbəb olmaz.”
* * *
Hədis 126: Həzrət Əli (ə) buyurur: “Susub həqiqəti gizləməkdə heç bir xeyir yoxdur (pisdir). Necə ki, nadanlıq üzündən danışmaq yaxşı deyildir.”
* * *
Hədis 127: Həzrət Əli (ə) buyurur: “Kişi öz dilinin altında gizlənmişdir.
* * *
Hədis 128: Həzrət Əli (ə) buyurur: “Fürsəti əldən vermək qəm-qüssədir.”
* * *
Hədis 129: Həzrət Əli (ə) buyurur: “Ağıl kamillik mərtəbəsinə çatanda, danışıq qısalar.”
* * *
Hədis 130: Həzrət Əli (ə) buyurur: “Atanın övlada ədəb və tərbiyədən daha üstün hədiyyəsi ola bilməz.”
Hədis 131: Həzrət Məhəmməd (s) Əliyə (ə) buyuruğu: “Övladını pis tərbiyə edərək onların üzə qayıtmasına səbəb olan ata-anaya Allah lə`nət etsin.”
Hədis 132: İmam Əliyyən Nəqi (ə) buyurur: “Özünü bəyənmək insanı elm öyrənməkdən saxlayar.”
* * *
Hədis 133: Həzrət Əli (ə) buyurur: “Heç bir kəs əqlinin bir hissəsini vermədən zarafat etmədi.”
* * *
Hədis 134: Həzrət Əli (ə) buyurur: “Dini hökmləri bilmədən ticarətlə məşğul olan şəxs sələmə düçar olar.”
* * *
Hədis 135: Həzrət Əli (ə) buyurur: “Hər bir insanın rə`yinin dəyəri onun təcrübəsi qədərincədir.”
* * *
Hədis 136: Həzrət Əli (ə) buyurur: “Ləzzətlərin gedəcəyi və günahların qalacağı yadınızda olsun.”
* * *
Hədis 137: Həzrət Məhəmməd (s) buyurur: “Allahın razılığı ata-ananın razılığında, qəzəbi isə onların qəzəbindədir.”
* * *
Hədis 138: Həzrət Əli (ə) buyurur: “Günah etməmək tövbə etməkdən daha asandır.”
* * *
Hədis 139: Həzrət Əli (ə) buyurur: “Allaha itaətsizlik edənlərə itaət etmək rəva deyildir.”
Hədis 140: Həzrət Əli (ə) buyurur: “Yoxsulluq çox böyük ölümdür.”
* * *
Hədis 141: Həzrət Məhəmməd (s) buyurur: “Peyğəmbərlik məqamına daha yaxın olanlar alimlər və (haqq yolda) cihad edənlərdir.”
* * *
Hədis 142: Həzrət Əli (ə) buyurur: “Səni kədərləndirən pis bir işin səni məğrur edən xeyir işindən Allah yanında daha yaxşıdır.”
* * *
Hədis 143: Həzrət Məhəmməd (s) buyurur: “Bir qəbilənin ölümü alimin ölümündən daha asan və dözüləsidir.”
* * *
Hədis 144: Həzrət Məhəmməd (s) buyurur: “Hər hansı bir məclisdə oturub elmini artırmayan kəs, Allahdan uzaqlığını artırmışdır.”
* * *
Hədis 145: İmam Riza (ə) buyurur: “İbadət çoxlu oruc və namaz yox, yaradılış haqqında (Allahın yaratdıqlarında) düşünməkdir.”
* * *
Hədis 146: İmam Riza (ə) buyurur: “Sükut hikmət qapılarından olan bir qapıdır.”
Hədis 147: İmam Riza (ə) buyurur: “Qohumluq əlaqəsini bir içim su ilə olsa, möhkəmləndir.
* * *
Hədis 148: İmam Riza (ə) buyurur: “Bir-birinizin görüşünə gedin ki, dostluğunuz möhkəmlənsin.”
* * *
Hədis 149: İmam Riza (ə) buyurur: “Peyğəmbər ailəsinə dostluq ümidi ilə saleh əməli və ibadətdə `y göstərmənizi tərk etməyin.”
* * *

Hədis 150: İmam Riza (ə) buyurur: “Günahları və mö`minə əziyyət verməyi tərk etməkdən daha faydalı təqva yoxdur.
Ardı var..

Hiç yorum yok:

Yorum Gönder