Muhəmməd Peyğəmbər (s.ə.s) buyurub:«Mən özümdən sonra sizin üçün iki ədəd çox qiymətli və ağır
əmanət qoyub gedirəm. Quran və Əhli-beytimi. Bu iki əmanət qiyamət gününədək bir-birindən
ayrılmayacaqdır və o gün Kovsər hovuzunun kənarında mənə qovuşacaqlar.»
Peyğəmbərimizin
bizə ilk əmanəti Qurani Kərimdir əslində bu iki əmanət bir-biri ilə sıx əlaqədərdir
Qurani Kərimi Peyğəmbərdən sonra bizə çatdıran onun Əhli-Beyti-dir Peyğəmbər (s) və onun Əhli-beyti Quranı hamıdan daha çox dərk
etmiş, özlərində yaşadaraq ona iman gətirmiş və bundan sonra xalqı haqqa doğru hidayət
etmişlər. Belə isə, Quranı yaxından dərk etmək üçün onlar tərəfindən nəql olunmuş
hədisləri nəzərdən keçirib, onların haqq yoluna qoşulmalıyıq.
Qurani Kərim bəşəriyyətin
dünya və axirət həyatının xoşbəxtliyini təmin edən əbədi ilahi qanundur.
Onun ayələri hidayət, bəyan
etdiyi hər bir ifadə isə rəhmət və səadət mənbəyidir. Hər kim bu iki dünyada
xoşbəxt həyata nail olmaq istəsə, gecə və gündüz Quranla ünsiyyətdə olmalı və
onu özündə yaşatmalıdır. Hər gün onunla öz əhd-peymanını təzələməli və əhdinə
vəfadar olmalıdır. Qur᾽anla öz əlaqəsini daha da gücləndirən və onu öz
hafizəsinə köçürən şəxslər, atdıqları böyük addımları Quranla atar və
gördükləri bütün işləri Quranla yerinə yetirərlər.
Quran tilavətinin fəziləti
barəsində onlarla hədis və rəvayət nəql olunmuşdur. İmam Baqir (ə)-dan nəql
olunmuş hədisdə deyilir: Peyğəmbər (s) Qur᾽an tilavətinin 0fəziləti
haqda buyurmuşdur: «Hər axşam on ayə Qur᾽an oxuyan şəxslər, qafil və Allahını unutmuş kəslərdən
hesab olunmazlar, əlli ayə oxuyanların adı əməl dəftərinə daim Allahı yad edən
şəxslər kimi yazılar, yüz ayə oxuyan ibadət edənlərdən, iki yüz ayə oxuyan
qəlbən ibadətə qapılan və xalisanə bəndəlik edənlərdən, üç yüz ayə oxuyan
səadətə nail olanlardan, beş yüz ayə oxuyan (məhşərdə) ibadətə tələsən və bu
yolda qalmış kəslər kimi tanınarlar. Min ayə oxuyan kəslər isə, sanki Allah
yolunda saysız-hesabsız qızıl-gümüş sədəqə vermiş olarlar.» (Üsuli-kafi, «Qur᾽anın fəziləti).
İmam Sadiq (ə)-dan nəql olunmuş
hədisdə deyilir: «Qur᾽an
bəşəriyyətin səadət və xoşbəxtliyini tə᾽min edən həyat qanunudur. Bu qanun toplusu Allah
tərəfindən tərtib olunmuş və ən mükəmməl şəkildə onların ixtiyarına
qoyulmuşdur. Həqiqi müsəlman o kəsdir ki, bu həyat proqramına diqqət yetirməklə,
hər gün ən azı əlli ayə oxumuş olsun.» (Üsuli-kafi, «Qur᾽anın fəziləti).
Ən çox verilən suallar həmişə belə olur ki,
Qurani Kərimi əzbər oxsaq savabdı yoxsa üzündən?
Quranın üzündən
oxunmasının onun əzbər oxunmasından daha fəzilətli olduğuna dəlalət edir. Bu
məzmunda nəql olunmuş rəvayətlərdən birində deyilir: İshaq ibni Əmmar imam
Sadiq (ə)-dan soruşur. Mən Quranı artıq hifz
etmişəm (əzbərləmişəm), onu əzbər olaraq oxusam yaxşıdır, yoxsa üzündən? İmam
(ə) buyurdu: «Üzündən oxu, bunun savabı daha çoxdur. Və bil ki, Quranın yazılarına baxmaq özü bir ibadətdir.»
İmam Sadiq (ə)-dan nəql olunmuş
başqa bir hədisdə deyilir: «Qur᾽anı üzündən oxuyan şəxslərin gözləri də Qur᾽andan bəhrələnər. Ata-anasının günahları küfr ilə dünyadan
köçsələr belə, azalar.»
Qur᾽anın üzündən
oxunmasına müsəlmanların sövq etdirilməsinin bir neçə səbəb və sirri vardır.
1. Qur᾽an
nüsxələri çoxalır və qədim nüsxələrin məhv olub aradan getməsinin qarşısı
alınır. Əgər müsəlmanlar Quranı hifz edərək bu qayda ilə oxuyarlarsa, getdikcə
Qur᾽an nüsxələrinə olan ehtiyac azalar və nəticədə Quran
nadir nüsxələrdən birinə çevrilər.
2. Hədislərdə qeyd olunduğu kimi,
Quranın üzündən oxunması insanın mə᾽nəviyyatına müsbət tə᾽sir
göstərir. Eyni zamanda Qur᾽an yazılarına
baxmaqdan ləzzət alır və bir çox hallarda göz ağrılarından amanda qalır.
3. Quranı üzündən oxumaq,
oxucunun Qurana daha çox diqqət yetirməsinə səbəb olur. Belə olduqda, insan Quranın
açılmayan sirr və incəlikləri barəsində daha çox araşdırmalar aparır. Belə ki,
insan ürək açan mənzərəyə diqqətlə baxdıqda ruhən arxayınlaşır və özündə mə᾽nəvi
rahatlıq hiss edir.
Qur᾽an ayələrinə nəzər
salaraq onun dərin mə᾽nalarını dərk etməyə çalışan oxucu, ondan vəsfolunmaz
ləzzətlər alır
Qurani Kərimi təkcə oxumaq deyil
həm də ayələrin mənalarına diqqət yetirmək lazımdır çünki Allah-taala Qurani
Kərimdə bunun nə qədər önəmli olmasını ayələrdə bildirir. Allah-taala Qurani-kərimdə buyurur:
«Onlar Qur᾽an barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur?
[Yoxsa ürəklərinin öz kilidləri vardır?]»
Göründüyü kimi Quran ayələrinə olan diqqətsizlik, hətta Quranın özü tərəfindən
qətiyyətlə tənqid olunmuşdur.
İbni Abbasın Peyğəmbər (s)-dan nəql etdiyi hədisdə deyilir: «Quranı uca
və açıq tərzdə oxuyun! Və onun sirr və qəribəliklərinə yol tapmağa çalışın.»
Əbu Əbdürrəhman deyir: Bizə Quranı təlim
edən Peyğəmbər səhabələrindən biri deyərdi: «Səhabələr Quranı Peyğəmbərdən on ayə-on
ayə öyrənirdi. Peyğəmbər (s) ilk on ayəni təlim verər və onlar da bu on ayədə bəyan
olunan şəri qanunlara və əxlaq normalarına əməl etməyincə növbəti on ayənin izahını
verməzdi.» (Biharul-ənvar, 19/27).
İmam Səccad (ə)-buyurur:
«Qur᾽anın
hər bir ayəsi sənin üçün tükənməz bir xəzinədir. Qarşında açılan bütün xəzinə qapılarına
diqqət yetirməli və mahiyyətini dərk etməyə cəhd etməlisən.» (Üsuli-kafi,
2-ci cild, Qur᾽anın fəziləti fəsli).
Allah
Taala bizi bu iki böyük əmanətdən ayrı salmasın.
İstifadə olunan mənbə Əl-Bəyan kitabı elektron versiyası.
N.Şəfiqə

Hiç yorum yok:
Yorum Gönder