
Rəcət
kəlməsinin mənası qayıtmaq deməkdir. Dini termin kimi isə xalis möminlərin və
ən qatı münafiqlərin bu dünyanı tərk etdikdən sonra Qiyamətdən əvvəl yenidən
dünyaya qayıtmasdır.
Hicr surəsi 36-37-ci ayədə: “İblis dedi Pərvərdigara, insanların dirildiyi günə qədər mənə möhlət ver” Allah buyurur: “Müəyyən olunmuş günə qədər sən möhlət verilənlərdənsən”.
İmam
Sadiq (ə) buyurub: Rəcət hamıya məxsus deyil, bəzi insanlara məxsusdur.
Yalnız xalis möminlər və xalis müşriklər rəcət edəcəklər. Rəcət dünyaya yenidən
qayıdışdır.(Burhan təfsiri , 2-ci cild səh-408)
İmam
Sadiqdən (ə) gələn başqa bir hədisdə: "Rəcət (qayıdış) haqdır və hər kəs ki,
ona inanmır, biz Əhli-beytdən (ə) deyildir".
1. Rəcət haqdır. Yəni, orada batilə yol yoxdur və həyata keçməsi də mütləqdir.
2. Hər kim rəcətə inanmır, Əhli-beyt (ə) məktəbindən çıxmış deməkdir.
3. Rəcətə etiqad zamanı dildə bəyan etməklə yanaşı, qəlbdə də ona inanmaq lazımdır.
1. Rəcət haqdır. Yəni, orada batilə yol yoxdur və həyata keçməsi də mütləqdir.
2. Hər kim rəcətə inanmır, Əhli-beyt (ə) məktəbindən çıxmış deməkdir.
3. Rəcətə etiqad zamanı dildə bəyan etməklə yanaşı, qəlbdə də ona inanmaq lazımdır.
Qurani
Kərimdə Rəcət haqqında ayələrdən biri Nəhl 38-ci ayədir. Allahu-təala
buyurur:
“Onlar
ən ciddi andları ilə Allaha and içdilər ki, Allah ölən şəxsi əsla
diriltməyəcəkdir! Xeyr (dirildəcəkdir)! Bu Onun öhdəsində olan haqq və sabit
bir vəddir, lakin insanların çoxu bilmir”.
Muhəmməd
ibn Yaqub öz isnadı ilə Sirindən nəql edib deyir: Mən İmam
Sadiq (ə) yanında idim. İmam Sadiq (ə) səhabələrindən soruşur: “Camaat bu ayə
barəsində nə deyir? Səhabələrindən biri deyir: “Onlar deyirlər ki, kafirlərin
barəsində nazil olmuşdur” Həzrət buyurur: “Kafirlər heç vaxt Allaha and
içməzlər; əksinə, bu ayə Həzrəti Muhəmmədin ümmətindən olan bir qrup
barəsindənazil olmuşdur. Onlara deyilmişdir ki, Qiyamətdən əvvəl və ölümdən
sonra bir daha da bu dünyaya gələcəksiniz. Onlar and içirdilər ki, heç vaxt
qayıtmayacaqlar. Allah onların sözlərini Rədd edərək, buyurmuşdur ki,
onlar üçün ixtilaf etdikləri şeyi bəyan etsin və kafirlər bilsinlərki
yalançıdırlar. Allah rəcətdə onlari qaytaracaq və yenidən öldürəcək, möminlərin
qəlbi təskinlik tapacaq.(İlzamun-nasib 2-ci cild, səh 346; Nurus Səqəleyn, 3-cü
cild səh-54; Təfsiri Burhan, 2-ci cild, səh-368)
İmam
Sadiqdən (ə) başqa hədisdə bu ayənin təfsirində buyurmuşdur: Bu ayə bizim
Qaimimizin (ə) qiyam etdiyi və onunla birgə bir dəstə insanın
dirildiyi zamana aiddir. O vaxt sizə müxalif olan kəslər deyəcəklər: Ey şiələr,
artıq sizin dövlətiniz aşkar olub (qurulub), amma siz yalandan deyirsiniz ki,
filankəslər, filankəslər dirilib. Allaha and olsun ki, elə deyil.
Allah öləni (bu dünyada) diriltməz! Görmürsən ki, Allahu-təala “onlar
Allaha ən ciddi anları ilə and içdilər…” deyir? Müşriklər Lat və Üzzanı ən əzəmətli
hesab etdikləri üçün onları qoyub başqasına and içməzdilər. (Deməli
bu ayə müşriklərə yox, bu ümmətdən olan bəzi şəxslərə aiddir.)
Sonra izzət vəcəlal sahibi olan Allah deyir: “Xeyr (dirildəcəkdir)! Bu
Onun öhdəsində olan haqq və sabit bir vəddir, lakin insanların çoxu
bilmir. (Allah bunu) barəsində ixtilafa düşdükləri şeyi onlara
aydınlaşdırması və küfr edənlərin yalançı olmalarınıbilmələri üçün
(həyata keçirəcək)!” (Təfsiru-Əyyaşi: c.2, səh.259)
Əbul
Qasim Bəlxi deyir: “Rəcət caiz deyildir. Əgər camaat rəcətə etiqad
bəsləsə, günaha batacaq. Çünki rəcətdə tövbə edəcəyinə ümid
bağlayacaq” Bu şübhəyə mərhum Təbərisi belə cavab verir:“Rəcətəetiqad
bəsləyənlər hər kəsin rəcət etməsini demirlər; əksinə, onlar
yalnız bir qrup insanın qayıdacağını deyirlər. Buna görə də hər
kəs özünün rəcət edənlər sırasında olmadığını ehtimal etsə, rəcət ümidi
ilə tövbəni təxirə sala bilməz”. (Məcmuəl-bəyan, 1-ci cild, səh-115;
Təfsiri-Tibyan, səh-255)
Həlli
cavbı üçün Rəcətdə tövbə qapısı bağlanacaq.
Hicr surəsi 36-37-ci ayədə: “İblis dedi Pərvərdigara, insanların dirildiyi günə qədər mənə möhlət ver” Allah buyurur: “Müəyyən olunmuş günə qədər sən möhlət verilənlərdənsən”.
Bu
ayə eyni ilə Sad surəsində təkrar olunmuşdur.İblis
Allahdan Qiyamət gününə qədər möhlət istəyir və Allah da cavab verir
ki, Müəyyən olunmuş günə qədər sən möhlət verdim. Ayələrə diqqət
etdikdəməlum olur müəyyən olunmuş gün dedik də məqsəd Qiyamət günü deyildir. Çünki
qiyamət günüolsaydı, ayədə Müəyyən olunmuş gün təbirinin
artırılmasına ehtiyyac olmazdı və onun istəyinə sadəcəmüsbət
cavab vermək kifayət olardı.
Əllamə Təbətəbai
ayənin təfsirində buyurur: Bu ayədə bir qəbul bir də rədd etmə mövcuddur.
Möhlətinözü qəbul olub amma onun axırının Qiyamət olması rədd
olunmuşdur.
İmam
Sadiq (ə) bu ayənin təfsirində buyurub:Bu hadisə Əmirəl-möminin
rəcətində baş verəcəkdir.
Deməli
müəyyən olunmuş gün Qiyamət deyilsə ondan qabaq baş verəcək bu Rəcətdir.
(İstifadə olunan
mənbə Məhəmməd Xadim Şirazi Rəcət )
N.Ş
N.Ş
Rəcət haqqinda suallariniz olsa buyurun
YanıtlaSil