Cəmadiul-axir ayının 20-si Cümə günü Dünya və axirət xanımlarının seyyidəsi, Həzrət Rəsulullahın (s.ə.v) gözünün işığı xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud günü İslam aləmində Xanımlar bayramı kimi də qeyd edilir.
Həzrət Fatimeyi-Zəhranın (s.ə) üstünlüklərini sadalmaqla və təsvir etməklə zərrə qədər belə kamillik elmini, qadinliq ismətini, şücaətini danişib olmaz. Həzrəti Fatimə təkcə xanımlar üçün örnək deyil.Həzrəti Fatimə insanlıq nümunəsidir.Bütün müsbət cəhətlər ən uca dərəcədə Onun şəxsiyyətində zahir olmuşdu.Amma Fatimə (ə) elə keyfiyyətlərə də sahib idi ki, bunlar dünyanın başlanğıcından sonuna kimi yaşamış və yaşayacaq heç bir bəşər övladında mövcud olmamış və olmayacaqdır.
Fatimeyi-Zəhra (s) Həzrət Muhəmmədin (s) sonbeşiyi və ona peyğəmbərlik veriləndən sonra dünyaya gəlmiş yeganə övladı idi. Fatimə o Həzrətin nəslini davam etdirən və daim onun yanında olan yeganə övladı idi. Fatimənin Peyğəmbərin (s) digər övladlarından fərqi bunlarla bitmir. O, dünyaya elə bir zaman göz açdı ki, Peyğəmbər (s) və Xədicənin (s) dəstəyə çox ehtiyacları var idi. Həzrət Muhəmməd (s) artıq beş il idi ki, peyğəmbərliyə seçilmişdi.Üç il gizlində təbliğ edəndən sonra, Allah ona aşkar təbliğata keçməyi əmr etmişdi. Bütün müsibətlər də elə o zaman başlamışdı. Onu heç cür yolundan döndərə bilməyəcəklərini anlayan Məkkə müşrikləri (bütpərəstləri) günü-gündən daha da alçaq vasitələrə əl atırdı. Müsəlmanların durumu getdikcə pisləşir, Peyğəmbərin (s) özünə qarşı isə təzyiqlər artırdı. Belə bir zamanda Cəbrayıl Allahın elçisinə övlad müjdəsi verdi. Dözülməz müsibətlərin müqabilində bu xoş xəbər Peyğəmbəri (s) çox sevindirdi.
Nəhayət Cəmadiul-axir ayının 20-si Peyğəmbərin (s) evində dünyaya qız uşağı göz açdı. Bu mövlud Peyğəmbəri (s) sevindirdiyi kimi, müşrikləri də sevindirdi. Onların fikrincə, qız övlad deyildi, ondan ailəyə heç bir fayda yox idi. Peyğəmbəri “sonsuz” deyə təhqir etməyə başladılar, çünki onun yeganə xanımı Həzrət Xədicə (s) artıq qocalmışdı və dünyaya övlad gətirə bilməyəcəkdi. Ancaq o zaman heç kəs bilə bilməzdi ki, məhz bu körpə qız bəşər tarixinin ən fəzilətli və pak sülaləsinə - Əhli-Beytə həyat verəcək. Peyğəmbərə (s) ən ağır anlarda məhz bu qız dayaq olacaq. Peyğəmbər (s) məhz onu “atasının anası” adlandıracaq.
Həzrət Fatimənin siması, danışığı və hərəkətləri atasına çox bənzəyərdi. Belə ki, Ümmü Sələmə bu haqda belə deyibdir: «Peyğəmbərə ən çox bənzəyən Fatimə idi».
Ayişə isə belə deyib: Danışmaqda Fatimədən daha çox Peyğəmbərə bənzəyən birisini görmədim.
Hz. Fatimə (ə.s.), şübhəsiz ki, bütün İslam qadınlarının başında yer almaqdadır, çünki o, atası məsum, həyat yoldaşı məsum və özü də məsum olan yeganə qadındır. Fatimənin tərbiyə və yaşayış mühiti, ismət və məsumluq mühiti idi. Uşaqlıq illərini, İslamın ilk şəxsiyyətinin, yəni aləmlərin Rəbbi Allahın tərbiyəsi altında olan və Allah tərəfindən seçilmiş Peyğəmbərin evində keçirmişdi. Ev işlərini yerinə yetirmə və uşaq tərbiyə etmə dönəmini də İslamın ikinci şəxsiyyətinin, yəni Əli ibn Əbitalibin evində keçirmişdi. Bu qısa müddət içərisində iki məsum şəxsi, yəni Həsən və Hüseyni və iki qız övladı, yəni Zeynəb və Ümmügülsüm kimi şücaətli və fədakar qız övladlarını cəmiyyətə təqdim etmişdir. Belə bir evdə açıq şəkildə islami əxlaq və qanunların parlaq nəticələrini görmək və İslamın ideal və nümunəvi qadınını tapmaq mümkündür.
HZ. FATİMƏNİN FƏZİLƏTLƏRİ
Peyğəmbər (s) belə buyurmuşdur: "Dünya qadınlarının ən üstünü dörd qadındır: "İmranın qızı Məryəm, Mühəmmədin qızı Fatimə, Xuvəylidin qızı Xədicə və Fironun xanımı Asiyə”.
Peyğəmbər buyurmuşdur: "Fatimə (ə.s.) Cənnət qadınlarının ən üstünlərindəndir”.
Peyğəmbər belə buyurmuşdur: "Qiyamət günü olduqda Haqqın münadisi ərşi-ilahidən belə nida edər: "Ey insanlar, gözlərinizi bağlayın, o vaxta qədər ki, Fatimə siratdan keçsin”
İbn Abbas belə deyir: "Rəsulullahdan: "Hz. Adəmin Rəbbindən aldığı və onlar vasitəsilə də tövbəsinin qəbul olduğu kəlmələr hansılardır?” – deyə soruşdum. Həzrət cavab verdi: "Hz. Adəm Mühəmməd, Əli, Fatimə, Həsən və Hüseyni vəsilə edərək Allaha dua etdi və bu səbəblə də tövbəsi qəbul oldu” .
Peyğəmbər (s) buyurmuşdur: "Əli olmasaydı, Fatiməyə layiq bir ər olmayacaqdı” .
İmam Sadiq (ə) buyurmuşdur: "Fatimə (ə.s.) Allah qatında doqquz adla çağırılır: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyə, Mərziyyə, Mühəddisə və Zəhra. Fatimə deyilməsinin səbəbi, şər və pisliklərdən qorunması üçündür.
Peyğəmbər (s) buyurmuşdur: "Fatimə bədənimin bir parçasıdır, ona əziyyət verən mənə əziyyət vermişdir, onu razı salan məni razı salmışdır” .
Peyğəmbərin xanımı Aişə buyurur ki, Fətimə (s.ə) hər dəfə Peyğəmbərin (s) yanına gələndə Peyğəmbər (s) yerindən qalxar və onun əlindən, üzündən öpərdi. Və onu öz yerində otuzdurardı. Həmçinin Xanım Aişə buyurub: "Heç kəsi Fatimə (s.ə) qədər Peyğəmbərə (s) oxşayan görməmişəm. Peyğəmbər (s) Cənnət ətrini duymaq üçün həmişə Fatiməni (s.ə) öpərdi. "Cənnətin iyini Fatimədən (s.ə) alıram. Fatimə (s.ə) cənnət qadınlarının başında gəlir. Fatimə (s.ə) asimani bir insandır", - deyərdi.
HZ. FATİMƏNİN İMAN VƏ İBADƏTİ
Rəsulullah (s) Fatimə (ə.s.) haqqında belə söyləmişdir: "Allah-Taala qızım Fatimənin qəlbini və əzalarını imanla elə doldurmuşdur ki, Allahın itaəti üçün özünü bütün məşğuliyyətlərdən uzaq tutmaqdadır” .
İmam Həsən (ə) belə buyurmuşdur: "Anam Zəhranın cümə axşamı sabaha qədər aləmlərin Rəbbinə ibadət etdiyini gördüm. Sabah günəş çıxana qədər daima rüku və səcdə halında idi. Möminlərin bir-bir adlarını zikr edib onlar üçün dua edirdi, ancaq özü üçün heç dua etmədi. Bunu görüncə belə dedim: "Anacan, niyə özün üçün dua etmədin?” Cavab verdi: "Əvvəlcə qonşu, sonra ev (yəni insanın özü)”.
Peyğəmbəri-Əkrəm (s) belə buyurmuşdur: "Qızım Fatimə aləmdəki qadınların ən üstünüdür, bədənimin bir parçasıdır, gözümün nurudur, qəlbimin meyvəsidir, bədənimdəki ruhumdur, insan şəklində bir huridir. İbadət mehrabında ayağa qalxdığı zaman ulduzlar yer üzündəkilərə nur saçdığı kimi onun nuru da göydəki mələklərə nur saçar. Allah-Taala mələklərinə belə buyurar: "Ey mələklərim, cariyələrimin ən üstünü olan cariyəm Fatiməyə baxın, (baxın görün) qarşımda necə namaz üçün ayağa qalxmışdır, Mənim qorxumdan bədəninin əzaları titrəyir, qəlbi ilə Mənə ibadətə yönəlmişdir. Ey mələklər, şahid olun ki, Fatimənin tərəfdarlarını Cəhənnəm atəşindən amanda saxladım” .
İmam Həsən (ə) isə belə söyləmişdir: "Dünyada Fatimədən daha abid bir kimsə yoxdur. Allaha ibadət etməkdə o qədər ayaq üstə durardı ki, ayaqları şişərdi” .
Əlbəttə, Quranın nazil olduğu mərkəzdə doğan, vəhy evində böyüyən, gecə və gündüz Quran səsi ilə həşr-nəşr olan, Mühəmməd kimi bir atanın elmindən faydalanan və Əli kimi bir həyatyoldaşının evində yaşayan bir şəxsin ibadətdə belə böyük bir məqamının olması və ruhuna iman nurunun təcəlli etməsi təbiidir.
Fatimə (ə) ”dünya və axirət qadınlarının xanımı” ləqəbini qazanmış yeganə qadındır.
Allah bizi Dünyada və axirətdə Peyğəmbərimiz Muhəmməd Mustafadan (s.ə.s) Qurani Kərimdən və Əhli-Beytindən ayrı salmasın Amin.
Allah bizi Dünyada və axirətdə Peyğəmbərimiz Muhəmməd Mustafadan (s.ə.s) Qurani Kərimdən və Əhli-Beytindən ayrı salmasın Amin.

New Jersey Casino Launches New Casino In December
YanıtlaSilThe New Jersey casino market is up and 여수 출장샵 running with slots, 구리 출장마사지 video poker, blackjack and 경상북도 출장마사지 live dealer games. New Jersey offers 창원 출장마사지 many 안성 출장안마 online