15 Ağustos 2015 Cumartesi

YA ƏLİ

Dünyaya gözümü açandan bəri,
Qürurla ya Әli deyənlərdənəm.
Bu da bir Allahın nemətidir ki,
Mən Әli yolunu gedənlərdənəm.
Әlinin sevgisi yaşıyır bu gün.
O olub elmdə hamıdan üstün.
Eşqini qəlbimə saldığı üçün.
Allaha həmd-səna edənlərdənəm.
Mən Әli yolunu gedənlərdənəm.
"Hüseyni sevəni Allah da sevər."
Bunu ümmətinə dedi Peyğəmbər.
Kəsilmiş başıyla o çaldı zəfər.
Hüseynə göz yaşı tökənlərdənəm.
Mən Әli yolunu gedənlərdənəm.
Şiə haqsızlığa susub əyilməz.
Susdusa müsəlman ona deyilməz.
Heç kimsə yolumdan döndərə bilməz.
Həsəni, Zəhranı sevənlərdənəm.
Mən Әli yolunu gedənlərdənəm.
Günahkar bəndəyəm etmərəm qürur.
Əhli-beyt sevgisi gözlərimdə nur.
Bir kəs gözləyirəm eyləsin zühur.
Mehdi həsrətini çəkənlərdənəm.
Mən Әli yolunu gedənlərdənəm.
Allahın müsəlman bəndəsiyəm mən.
Həzrəti Muhəmməd sünnəsiyəm mən.
Nüsrətəm Әlinin şiyyəsiyəm mən.
Zəfəri vəhdətdə görənlərdənəm.
Mən Әli yolunu gedənlərdənəm.
Mən Әli yolunu gedənlərdənəm

Müəllif naməlum.

N.Ş

Hiç yorum yok:

Yorum Gönder