Həzrət Əli (ə) əsl şəxsiyyətdir və bir şəxsiyyətin formalaşmasında lazım
olan bütün xususiyyətlər elm, təqva, şücaət, dürüstlük sadalamaqla bitməyən
xususiyyətlər İmam Əli (ə)-da var. O, təkcə
öz dövrü üçün deyil müasir dövrümüz üçündə örnəkdir nümunəsidir. Peyğəmbərimizdən
sonra bəşəriyyətin ən şərəfili insanı, Allah evində dünyaya gələn və Allah
evində də ilahiyə qovuşan, “Elm şəhərinin qapısı” “Zülfiqar sahibi” “kamillik təcəssümü” Peyğəmbərimizin əmisi
oğlu, iki dünyanın xanımı Həzrəti Fatimənin
(ə) həyatyoldaşıdır.
Əli (ə) fəziləti haqqında ilk öncə
onu demək istəyirəm Əli (ə) o şəxsdir
besətdən təxminən on (və ya on
iki) il qabaq (m.598-ci il) rəcəb ayının
on üçündə Kəbədə dünyaya gəlib ən gözəl
məkanda dünyaya gəlib Allahın Qurani Kərim zikr etdiyi yerdə adına surə nazil
olan ziyarəti vacib olan yerdə dünyaya gəlib. Həzrət Əlidən (ə) nə əvvəl nə də
sonra heç kim Kəbə evində dünyaya gəlməyib gəlməyəcək.İbn Sәbbаğ Mаliкi,
«Füsulul-Mühimmә» кitаbındа dеyir: «Hәzrәt Әlidәn (ә) qаbаq кimsә Кәbә еvindә
dünyаyа göz аçmаmışdı.[1]
Bu fәzilәti Аllаh-tәаlа yаlnız Әliyә
(ə) aid etmiş və bununla da xalqa onun uca məqamını göstərmişdir» Hakim
Nişaburi yazır: “Fatimə bint Əsədin əmirül-möminin Əli ibn Əbu Talibi Kəbənin
içində dünyaya gətirmişdir”.[2]
Əli ibni Əbu Talibin ən böyük
üstünlüyü ilk iman gətirmiş şəxs olmasıdır. "Peyğəmbər (s) buyurdu: Mənə
hovuzda ilk çatan şəxs, sizin içinizdə ilk müsəlman olan Əli ibn Əbu Talibdir.
" [3]
Xarəzmi Əbdullah ibn Əbbasdan nəql
edir. İbn Əbbas dedi: Bir gün Ömər ibn Xəttab bir dəstə adamla islama ilk iman
gətirənlər haqqında danışırdılar. Ömər ibn Xəttab dedi: Peyğəmbərin (s) Əli barədə
üç xislət saydığını eşitdim. O Həzrət (s) buyurdu:
"Ey Əli! Sən ilk iman gətirmiş
mömin və islamda ilk müsəlman olmuş şəxssən. Sənin mənə nisbətin, Harunun (ə)
Musaya (ə) olan nisbəti kimidir." [4]
Əbu Zərr bu məsələ haqqında
buyurur: "Peyğəmbərin (s) Əliyə (ə) belə dediyini eşitdim: Sən mənə ilk
iman gətirmiş və məni ilk təsdiq etmiş şəxssən." [5]
İbn Həcər öz kitabında yazır: "İbn
Əbbas, Ənəs, Zeyd ibn Ərqəm, Səlman Farsi və başqaları deyirlər ki, Əli ibn Əbu
Talib ilk müsəlman olmuş şəxsdir. Bəziləri bu barədə icmanın olduğunu nəql
etmişlər."[6]
Peyğəmbərin əmisi oğlu, məşhur Quran
bilicisi Abdullah ibn Abbas deyirdi ki, Allah-təalanın kitabında heç kimin
haqqında Əli barəsində nazil olduğu qədər ayə nazil olmayıb [7]
Tabiundan olan məşhur təfsir alimi
Mücahid deyib ki, Əlinin haqqında 70 ayə nazil olub; bunların heç birində Onun
şəriki yoxdur (yux. mənbə, hədis 50). Xətib Bağdadi isə Abdullah ibn Abbasa
istinadən, Əli haqqında nazil olmuş ayələrin sayını 300-ə çatdırmışdır.[8]
Həzrət Əli (ə) gözəl nümunə gözəl şəxsiyyət
olmasının əsas səbəbi Peyğəmbərimiz Həzrəti Muhəmməd (s.ə.v) əmisioğlu
olamasındanda başqa Peyğəmbərimiz (s.ə.v)
təlim tərbiyyəsi və onun himayəsi onun qayğısı sevgisi altına yaşamasıdır, bu
özüdə çox böyük bir hikmətdir buna görədə Həzrət Əlidən (ə) danışanda bütün
böyük alimlər, filosoflar ehtiyyatla yanaşıb insan həqiqətən ehtiyyat edir o şəxsiyyətin
məqamından danışarkən.
O, Hicrət gecəsi Peyğəmbərin tövsiyyəsi
ilə onun evində qalmış və yatağında yatmış və sonra peyğəmbərə buraxılan əmanətləri
sahiblərinə vermiş ve yenə peyğəmbərin əmri ilə 10 gün sonra Həzrəti Fatimə(ə)
və anası Fatimə binti Əsəd ilə bərabər Mədinəyə peyğəmbərin yanına getmişdir.
Hicrətin beşinci ayı Mədinədə muhacir ve ənsar arasında qurulan qardaşlıq mərasimində
Həzrət Məhəmməd (s) onu özünə qardaş secmişdir. «Sәn (Әli (ә)) mәnim qаrdаşım,
vәzirim, vаrisim vә mәndәn sоnrа cаnişinimsәn». [9]
“Qiyamət günü nida olunacaq: Əli sənin
ən yaxşı qardaşın və İbrahim ən yaxşı babandır” [10]“Əli məndəndir və mən də
Əlidənəm. Əli məndən sonra hər möminin vəlisidir”.[11]
“Əli və mən bir ağacdan xəlq
olunduq”. [12]
Həzrət Əli (ə) öz uşaqlıq dövrü və
Peyğəmbərlə (s) birlikdə olması barəsində belə buyurur: “Uşaqlıqda Peyğəmbər
(s) məni qucağına alıb sinəsinə yapışdırar, yeməyi çeynəyib ağzıma qoyardı.
Onun xoş iyi canıma daxil olurdu. O, danışığında yalan, rəftarımda isə səhv və
nadanlıq tapmırdı. Allah Peyğəmbəri məni süd içən vaxtdan böyük mələklərlə
yoldaş etmişdi. Mən də süd içən uşağın anasına itaət etdiyi kimi ona itaət
edirdim. O, hər il Hira dağına gedirdi və bu vaxt məndən başqa heç kim onu
görmürdü” [13]
Əlinin(ə) bugünə qədər bizə bir çox
hədisləri Divanı və Nəhcül Bəlağəsi gəlib çatmışdır.Üstündən 14 əsr keçsə belə
hələdə Adı dillər əzbəri olması dövrümüzə qədər hədislərinin yayılması elə O Həzrətin böyüklüyündən xəbər verir Peyğəmbərmizin İmam
Əlinin(ə) haqda: “Mən Elmin Şəhəriyəm Əli o şəhərin qapısıdır” [14] və yaxud "Mən
hikmət eviyəm, Əli də onun qapısıdır." [15]
Bu hədislər Əli (ə)- ın necə elmli olmasını göstərir.Həzrətin
elmindən danışarkən ilk ağıla gələn Nəhcül Bəlağə əsəri olur Həzrətin şəxsiyyətin
tanımaq istəyən Nəhcül Bəlağəyə baxsa kifayət edər. Ayətullah Sistani bu əsər
haqda belə buyurur:"Bu kitabda yer alan Hz Əlinin (ə) sözləri, Allah və Rəsulunun
(s) kəlamından sonra söylənilən kəlamların ən yüksək zirvəsidir. Çünki bu
kitabda varlıq aləmi üzərində fitrətində qəbul etdiyi təfəkkür və düşünmə üsulu
bəyan edilib. İslam dininin əsas prinsip və bilgiləri ilə bəşərin həyat tərzinə
dair hikmətlər və sünnələr də açıqlanmışdır.[16]
İmam Əlinin(ə) ən böyük əsərlərindən
biridir. Nəhcül Bəlağənin mənası Nəhcül yol, bəlağə isə gözəl söz deməkdir.
Əsər 3 babdan (bölmədən) ibarətdir:
1. Əmr və xütbələr
2. Məktub və vəsiyyətlər
3. Hikmətli kəlam və qısa sözcüklər.
Peyğəmbərin(s) hədislərini ilk toplayan şəxs məhz
Əlidir (ə). O, Peyğəmbərdən (s)
eşitdiklərini yazıb kitab halına salmışdı. Bu hədis kitabı Əlidən (ə)
sonra digər imamlara ötürülüb və bununla da
qorunub saxlanılırdı. Bir gün Həkəm bin Üteybə İmam
Bağırın (ə) yanına gəlib bir məsələ barədə onunla mübahisə etdi. İmam (ə)
həmin intiqal yolu ilə ona gəlib çatmış Həzrət Əlinin (ə) kitabını açıb həmin məsələyə aid olan hədisi Həkəmə göstərib dedi: “Bu Əlinin (ə) xətti, Peyğəmbərin
(s) buyurduğudur.”[17]
Beləliklə, Əli (ə) aşağıdakı müfəssəl
əsərləri yazmışdı.
I.
Cameul-Quran və təviluhu (Quranın toplanması və onun şərhi). O, bu
əsərində Quranın ayələrini nazil olma ardıcıllığı ilə düzmüş, onları bir araya
toplayaraq geniş şərhini vermişdir.
II.
Ülumul-Quran və ənvauhu (Quran elmləri və onun növləri).
III.
əl-Müshəf. Əli (ə) bu əsərini
oğlu Həsənin (ə) xətti ilə
yazdırmışdı. Bu
əsər məşhur “Rəzəviyyə”
kitabxanasında saxlanılır. Əsərdə Qurandan iki cüz vardır.
IV.
əl-Camiə
Bu
əsər həzrət Əlinin (ə) ən məşhur əsərlərindən biridir. Əsərin uzunluğu 70
dirsəkdir ki, Həzrət (ə) bunu Peyğəmbərin
(s) diktəsi əsasında yazmışdır. Sonralar bu əsər Əhli-beyt imamları (ə) tərəfindən
bir-birlərinə ötürülmüşdür.
V.
əl-Cifr
Həzrətin ən məşhur
əzərlərindən olan “əl-Cifr” ensiklopedik xarakter daşıyıb,
dinin və insan həyatının bütün məsələlərini özündə ehtiva etmişdir. “Məcməül-bəhreyn” əsərinin müəllifinə görə
“Cifr və Camiə” əsərini Peyğəmbər (s) Əliyə (ə) diktə edərək yazdırmışdır.
Həzrət Fatimə (ə) Həzrət Əli haqda
buyurub: “Ey Allahın bəndələri, sizin aranızda Quran bir rəhbər kimidir. Sizinlə
bağlanan bir əhdi-peymandır. Quran Allahın doğru danışan natiq bir Kitabıdır.
Quranın nuru saçan, işığı isə parlaqdır. Onun dəlilləri aşkardır, sirləri
açıqdır. Quranın ümmətləri həmişə yadları həsrətdə qoymuşdur``.
Bu hədisin sətiraltı mənasına diqqət olunsa, görərik ki, natiqi-Quran Imam Əlidir (ə). Bu barədə Həzrət Əli (ə) belə buyurub: “Natiqi-Quran mənəm”. Bu hədisi həm mərifət sahibi olan ariflər, həm də hədis nəql edənlər təsdiq və qəbul edirlər. Məsihi alimi Xəlil Cübran deyir: “Quranı və Peyğəmbəri təsdiq eləməkdə Əli mənə bəsdir. Quran hər nə deyib, Əli onu götürüb”.Həzrəti Mühəmməd (s.ə.s)
Bu hədisin sətiraltı mənasına diqqət olunsa, görərik ki, natiqi-Quran Imam Əlidir (ə). Bu barədə Həzrət Əli (ə) belə buyurub: “Natiqi-Quran mənəm”. Bu hədisi həm mərifət sahibi olan ariflər, həm də hədis nəql edənlər təsdiq və qəbul edirlər. Məsihi alimi Xəlil Cübran deyir: “Quranı və Peyğəmbəri təsdiq eləməkdə Əli mənə bəsdir. Quran hər nə deyib, Əli onu götürüb”.Həzrəti Mühəmməd (s.ə.s)
Allahın Peyğəmbəri (s): "Əli
Quran ilə və Quran Əli ilədir və onlar hovuzun (Kövsər hovuzunun) kənarında mənim
yanıma gələnə kimi heç vaxt bir-birlərindən ayrılmazlar." [18]
Həzrət Fatimə (ə) digər bir hədisində buyurur: “Allahın kitabına itaət etmək Behiştə (cənnətə) doğru getməyə səbəb olar. Onun göstərişlərini dinləmək isə insanı nicat tapmağa yönəldər. O kitabla Allahın aydın höccət, dəlilləri, onun aşkar qayda-qanun, hüdud və vəzifələri hasil olur”. Vay o gündən ki, olur yovmi-hesab, Haqq edər məxluqa qəhr ilə xitab. Siz mənim əmrimə taət etmədiz, Sidq qəlbilə ibadət etmədiz.
Peyğəmbər Qədir-Xum günündə (18 zilhiccə 632-ci il) buyurdu: “ Mən özümdən sonra sizin üçün iki ədəd çox qiymətli və ağır əmanət qoyub gedirəm. Quran və Əhli-beytimi. Bu iki əmanət qiyamət gününədək bir-birindən ayrılmayacaqdır və o gün Kovsər hovuzunun kənarında mənə qovuşacaqlar”. Əhməd ibni Hənbəl özünün «Musnəd» adlı kitabında (1-ci cild, 14-17-26 və 29-cu səh) Əbu Səid Xidridən (4-cü cild, 366, 371-ci səh) Zeyd ibni Ərqəmdən (5-ci cildin 182-ci səh) və Zeyd ibni Sabitdən nəql etmişdir.Həzrəti Peyğəmbər vida həccindən qayıdarkən hər kəsi ətradına toplayıb belə buyurdu(s.ə.s) “Hər kəsin mən mövlasıyam Əli də onun mövlasıdır.[19]
Həzrət Fatimə (ə) digər bir hədisində buyurur: “Allahın kitabına itaət etmək Behiştə (cənnətə) doğru getməyə səbəb olar. Onun göstərişlərini dinləmək isə insanı nicat tapmağa yönəldər. O kitabla Allahın aydın höccət, dəlilləri, onun aşkar qayda-qanun, hüdud və vəzifələri hasil olur”. Vay o gündən ki, olur yovmi-hesab, Haqq edər məxluqa qəhr ilə xitab. Siz mənim əmrimə taət etmədiz, Sidq qəlbilə ibadət etmədiz.
Peyğəmbər Qədir-Xum günündə (18 zilhiccə 632-ci il) buyurdu: “ Mən özümdən sonra sizin üçün iki ədəd çox qiymətli və ağır əmanət qoyub gedirəm. Quran və Əhli-beytimi. Bu iki əmanət qiyamət gününədək bir-birindən ayrılmayacaqdır və o gün Kovsər hovuzunun kənarında mənə qovuşacaqlar”. Əhməd ibni Hənbəl özünün «Musnəd» adlı kitabında (1-ci cild, 14-17-26 və 29-cu səh) Əbu Səid Xidridən (4-cü cild, 366, 371-ci səh) Zeyd ibni Ərqəmdən (5-ci cildin 182-ci səh) və Zeyd ibni Sabitdən nəql etmişdir.Həzrəti Peyğəmbər vida həccindən qayıdarkən hər kəsi ətradına toplayıb belə buyurdu(s.ə.s) “Hər kəsin mən mövlasıyam Əli də onun mövlasıdır.[19]
Hz. Əli ibadətdə, zahidlikdə,
imanda, təqva və yəqinlikdə də tayı-bərabəri olmayan şəxs idi. İmam Əli (ə) eşq
və məhəbbətlə ibadət edirdi, çünki o Allahın əzabından qorxduğu və nemətlərinə
tamahlandığı üçün yox, Allahı ibadətə layiq bildiyi üçün ibadət edirdi.Hәzrәt
Әli (ә) nаmаz zаmаnı Аllаһ qаrşısındа pаk qәlb, tаm diqqәtlә dаyаnırdı. Оnun
ibаdәt-itаәti bаşqаlаrınınkı kimi dеyildi. Әgәr bаşqаlаrı һаnsısа bir хüsusi
mәqsәdlә ibаdәt еdirsә, һәzrәtin mәqsәdi bаmbаşqа idi. О özü bu bаrәdә bеlә
buyurur: «Bә’zilәri Аllаһа rәğbәtlә (bеһişt nе’mәtlәri üçün) bәndәlik еdirlәr.
Bu növ ibаdәt tаcirlәrin ibаdәtidir. Bаşqа bir dәstә isә Аllаһа (cәһәnnәm
оdundаn) qоrхudаn ibаdәt еdirlәr. Bu qullаrın ibаdәtidir. Üçüncü qrup isә
Аllаһа tәşәkkür üçün ibаdәt еdir. Bu аzаdәlәrin ibаdәtidir». Һәzrәt (ә) Аllаһ
dәrgаһınа bеlә әrz еdir: «Pәrvәrdigаrа, mәn sәnә nә bеһişt tаmаһındаn, nә dә
cәһәnnәm qоrхusundаn ibаdәt еdirәm. Әksinә, sәni ibadətə lаyiq bildiyim üçün
ibаdәt еdirәm». [20]
«Sizin iхtiyаr sаһibiniz Аllаһ, Оnun
rәsulu vә imаn gәtirib nаmаz qılаn, rüku һаlındа zәkаt vеrәnlәrdir».Maidə surəsi
55.[21] Bu аyәnin һәzrәt Әliyә (ә) аid оlduğunu Fәхr Rаzi, Nişаburi, Zәmәхşәri
kimi böyük аlimlәr tәsdiqlәyirlәr
Namaz qıldığı və münacat
etdiyi vaxt gözləri görməz, qulaqları eşitməz, göyü, yer üzünü, dünyanı və
içindəkiləri unudardı. Bütün varlığı ilə Allaha yönələrdi. Dəstəmaz aldıqda və
mehrabda dayandıqda Allahın əzəmətinin qorxusundan bədəni titrəyər və göz
yaşları mübarək saqqalına axardı. Səcdələri çox uzun və səcdəgahı daima göz
yaşı ilə islanmış olardı.
Peyğəmbərin əshabəsindən olan Əbudərda belə deyir: "Qaranlıq bir gecədə bir xurmalıqdan keçirdim, bir şəxsin münacat və dua səsini eşitdim. Yaxınlaşdıqda gördüm ki, Əlidir. Dərhal bir ağacın arxasında gizləndim. Həzrət çox həzin bir səslə dua edirdi. Cəhənnəm atəşinin qorxusundan ağlayıb Allaha sığınır, əfv və məğfirət diləyirdi. O qədər ağladı ki, səssiz bir şəkildə yerə yıxıldı, elə zənn etdim ki, yatıb. İrəli getdikdə quru bir ağac kimi yerə yıxıldığını gördüm. Hərəkət etmədiyini gördükdə elə bildim ki, ölüb. Evinə doğru qaçdım. Onun öldüyünü Hz. Fatiməyə xəbər verdim. Hz. Fatimə məndən: "Onu necə gördün?” – deyə soruşdu. Mən də hadisəni danışdım. Hz. Fatimə dedi: "O ölməmişdir. Allahın qorxusundan bihuş olmuşdur”.
Peyğəmbərin əshabəsindən olan Əbudərda belə deyir: "Qaranlıq bir gecədə bir xurmalıqdan keçirdim, bir şəxsin münacat və dua səsini eşitdim. Yaxınlaşdıqda gördüm ki, Əlidir. Dərhal bir ağacın arxasında gizləndim. Həzrət çox həzin bir səslə dua edirdi. Cəhənnəm atəşinin qorxusundan ağlayıb Allaha sığınır, əfv və məğfirət diləyirdi. O qədər ağladı ki, səssiz bir şəkildə yerə yıxıldı, elə zənn etdim ki, yatıb. İrəli getdikdə quru bir ağac kimi yerə yıxıldığını gördüm. Hərəkət etmədiyini gördükdə elə bildim ki, ölüb. Evinə doğru qaçdım. Onun öldüyünü Hz. Fatiməyə xəbər verdim. Hz. Fatimə məndən: "Onu necə gördün?” – deyə soruşdu. Mən də hadisəni danışdım. Hz. Fatimə dedi: "O ölməmişdir. Allahın qorxusundan bihuş olmuşdur”.
Həzrət Əli (ə) şəxsiyyətinə,fəzilətlərinə təkcə müsəlmanlar deyil
qeyri-müsəlmanlarda valeh olublar. Həzrəti Əliyə dərin sevgisi və heyranlığı ilə
tanınan Livanlı yazıçı əsərində imamın şəxsiyyətinin müxtəlif yönlərini təsvir
etməyə çalışıb. Livanlı xristian yazıçı, şair, dramaturq və ictimai xadim Corc
Cordaqın İmam Əli (ə) Otuzdan çox əsərin müəllifi olan Cordakın ən məşhur əsəri,
"Bəşəriyyətin Ədalət Səsi - İmam Əli" adlı kitabıdır.Onun kitabı bu başlıqlar altında nəşr olunmuşdur:
"İmam Əli və İnsan Haqları","İmam Əli və Fransa İnqilabı","İmam
Əli və Sokrat","İmam Əli və Yaşadığı Dövr","İmam Əli və Ərəb
Milləti".[22]
Məşhur Xristian yazar İmam Əlinin (ə)
düşüncəsi və şəxsiyyətini vəsf edərkən belə deyib: "Bu ana qədər bu
mövzuda altı cild kitab yazdım ancaq yenədə o Həzrətin həqiqətini dərk etmədiyimi
və onun haqqında istədiyim hər şeyi toplamadığımı hiss edirəm. O üzdən onları
burada bir-iki cümlə ilə açıqlamağım çətindir. Mənim bildiyim odur ki, İmam Əli
(ə) varlıq və kainatın ədaləti anlayışı və fikrinin əsasını qoyan bəşər
tarixinin böyük şəxsiyyətidir. Bu fikrə əsasən, varlığın təməli ədalətdir. İmam
Əli (ə) bu məsələni dərindən dərk etmiş və cəmiyyəti bu fikir ilə əsaslandırmışdı.
Mənə görə, İmam Əli (ə) Avropalılardan on dörd əsr əvvəl kainat
sosiologiyasının əsasını qoyan şəxsiyyətdir."
Corc Cordaqın Həzrət Əli(ə) digər
fikri: "Bu böyük insanı tanısan da, tanımasan da tarix şəhadət verir ki,
o, fəzilətlər dənizi, insanlıq nidası və cavidan bir şəxsiyyət idi. Ey dünya, nə
olardı ki, bütün güclərini toplayardın və hər bir dövrdə Əli (ə) kimi ağla, qəlbə,
dilə və qılınca sahib olan bir şəxsiyyəti insanlar üçün nümunə edərdin. Əlinin
(ə) İslamı - başqa müsəlmanların İslamı kimi deyildi. Onun İslamı qaynayan
bulaq kimi qəlbindən axırdı. Əgər müsəlmanlar əvvəllər Qureyşin bütlərinə pərəstiş
edirdilərsə, Əli (ə) Muhəmmədin (s) Allahına pərəstiş edirdi. Bəli, bu İslamın
istədiyi şəxsiyyət idi ki, onu Peyğəmbər (s) böyütmüşdü. O, ədalət istəyənlərin
rəhbəri idi.
Mәşһur ingilis tәdqiqаtçısı Kаrlаyl
dеyir: «Bizim оnu dоst bilmәkdәn, һәttа sеvmәkdәn bаşqа çаrәmiz yохdur».[20]
O, yetimlərin və yoxsulların vəziyyətindən
çox qəmgin olurdu. Ey Əli! Sənin şəxsiyyətin ulduzlardan da ucadır. Bu nurun
xasiyyətindəndir ki, pakdır, ucadır və heç bir çirk və ləkə götürmür. O kəs ki,
şəxsiyyət baxımından sərvət sahibidir, heç bir zaman yoxsul ola bilməz. Onun nəcabəti
və şərafəti başqalarının qəm-qüssəsi ilə ucalmışdır. Şəhid dindarlıq və iman
yolunu gülərüzlə, məhəbbətlə qəbul edər.
Həzrəti Mühəmməd (s.ə.s) “Əlinin
qatili yaranışın əvvəlindən axıra qədər yer üzünün ən bədbəxtidir”. [23]
Ramazan ayının 19-da Ibni Mülcəm
namazda səcdə halında olan Hz.Əli (ə) başına zəhərli bir qılıncla vurdu.
Bununla da təqva və iman dağını yıxıb Hz.Əli (ə) şəhid edərək islam dunyasını
matəmə qərq etdi Hz.Əli (ə) mehrabdakı xitabı budur «And olsun Allaha ki, artıq
qurtuldum» səsinin dalınca mələk Cəbrailin səsi yüksəldi: «Vallahi, hidayət
sütunları yıxıldı və Әli şəhid edildi.» Camaat Hz.Əli (ə) qatilini tutub imam Həsən-Muctəba
təhvil verdilər. İmamın yaralı bədənini isə öz evinə apardılar.
Hz.Əli (ə) oz qatili barəsində oğlu Həsənə belə buyurdu: «Oğlum! Mənim qatilim olan bu adama xörək və su verin. Onu sərbəst buraxmayın. Әgər diri qalsam, ona nə edəcəyimi bilirəm. Amma əgər ölsəm, ona bir qılınc zərbəsindən artıq vurmayın.»
Hz.Əli (ə) oz qatili barəsində oğlu Həsənə belə buyurdu: «Oğlum! Mənim qatilim olan bu adama xörək və su verin. Onu sərbəst buraxmayın. Әgər diri qalsam, ona nə edəcəyimi bilirəm. Amma əgər ölsəm, ona bir qılınc zərbəsindən artıq vurmayın.»
Amma əfsus ki, Hz.Əli (ə) daha
yaşamadı. Və Ramazan ayının 21-də, 63 yaşında əbədiyyətə qovuşdu. Onun pak bədəni
Nəcəfi-əşrəf şəhərində torpağa tapşırıldı.
Imam Əli(ə) ömrünün son anlarında
oğlu Imam Həsən(ə) və Imam Hüseynə belə vəsiyyət etdi:
Sizi təqvalı olmağa və Allahdan
qorxmağa çağırıram. Dünya sizə üz tutsa da, siz dünyapərəst olmayın. Əlinizdən
çıxan dünya malı üçün təəssüflənməyin. Haqqı deyin, Allah savabına və əcrinə
xatir iş görün. Zalımın qatı düşməni, məzlumun isə tərəfdarı olun. Mən
sizi və bütün övladlarımı, ailəmi və bu vəsiyyətimi oxuyan hər bir kəsi təqvalı
olmağa, Allahdan qorxmağa, işlərində nizamlı olmağa və insanlar arasında sülh
yaratmağa çağırıram. Çünki mən sizin cəddiniz Rəsulallah(s)-dən belə eşitmişəm:
“Insanlar arasında sülh və mehribanlıq yaratmaq (bütün nafilə) namaz və orucdan
üstündür.” Allah, Allah xatirinə yetimləri qoruyun. Elə etməyin ki, onlar bəzən
ac, bəzən də tox qalsınlar. Elə etməyin ki, onlar sizin biganəliyiniz üzündən
qarşınızda məhv olub puça çıxsınlar. Allah, Allah xatirinə qonşularınızı yaddan
çıxarmayın. Çünki Peyğəmbəriniz(s) qonşulara yaxşılıq etməyi dəfələrlə tövsiyə
etmişdir. O, dəfələrlə qonşular haqda elə tövsiyələr etdi ki, onların da mirasa
daxil olacağını düşündük. Allah, Allah xatirinə Qur’ana riayət edin. Elə etməyin
ki, ona əməl etməkdə başqaları sizi qabaqlasın. Allah, Allah xatirinə namazı
unutmayın. Çünki namaz dininizin sütunudur. Allah, Allah xatirinə Rəbbinizin
evini ziyarət etməyi unutmayın. Nə qədər ki, varsız, onu boş qoymayın. Çünki
onu boş qoysanız, sizə möhlət verilməz. (Allahın bəlası sizə nazil olar.)
Allah, Allah xatirinə canınızla, malınızla, dilinizlə Allah yolunda mübarizə
aparın. (Çünki bütün bunları gərək bu yolda sərf edəsiniz.) Siz gərək həmişə
dostluq əlaqələrini genişləndirəsiniz. Bağışlamağı, əta etməyi unutmayın.
Bir-birinizdən üz çevirməyin, bir-birinizlə əlaqələrinizi kəsməkdən çəkinin.
Əmr be-mə’ruf və nəhy əz-münkəri tərk etməyin ki, pislər sizə hakim kəsilərlər.
Sonra nə qədər dua etsəniz də, müstəcab (xeyri) olmaz.[24]
Onun bu vəsiyyəti bütün müsəlmanlara
aiddir, çünkü Həsən(ə) və Huseyn (ə) zatən bunları edirdilər.
Məqaləni Sevimli Peyğəmbərimiz Həzrət Muhəmməd (s) sözü ilə bitirmək istəyirəm
buyurur: “Hər kim Adəmin elmini, Nuhun düşüncəsini, Ibrahimin helmini və Yəhya
ibn Zəkəriyyanın zöhdünü görmək istəyirsə, onda Əli ibn Əbi Talibə
baxsın.”. [25]
Hz Əli (ə) şəxsiyyətini tanıyan onu
sevər ona heyran olar .Çox azda olsa
onun şəxsiyyəti haqqında qeyd etdim onun
haqqında yazmaq bir kəlmə demək insan üçün ən böyük şərəfdir.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI
İbn Səbbağ Maliki “Əl-Füsulu-muhimmə
fi mərifətil-əimmə” c. 1, səh. 171.Qum, hicri-qəməri 1422-ci il.
Əl-Müstədrəkü ələs-Səhiheyn, 3-cü
cild, səh. 593, hədis 6115
Müstədrək c.3, səh.136; Bu hədisi İbn
Əsakir "Tarixu-mədinəti-dəməşq" kitabında c.1, səh. 71, hədis 117, və
səh.74, hədis 118 ünvanında, Həmçinin Xarəzmi "Mənaqib" kitabında
4-cü fəsil, səh.17-də nəql edir.
Mənaqib, 4-cü fəsil, səh.19
Məcməuz-Zəvaid c.9 səh. 103,
Bu hədisi İbn Əsakir "Tarixu-mədinəti-dəməşq" kitabında c.1, səh.
32, hədis 61-də nəql edir.
Səvaiqul-muhriqə səh.72
Hakim Həskani. Şəvahidüt-tənzil,
1-ci cild, səh. 52, hədis 49.
Xətib Bağdadi. Tarixü Bağdad, 6-cı
cild, səh. 221.
«Tаriхе-Tәbәri» 2-ci cild, sәһ. 217
Nüzhətul-məcalis. 2 səh 209
Firdosul-əxbar. 3-373 hədis 5130, Yənabiul-məvəddə
177, 181, 237
Mənaqib ibni Məğazili. 220, Zəxairul-uqba
91
Nəhcül-bəlağə, 234-cü xütbənin axır
hzissələri
Cəlaləddin əl Suyuti, (Hicri
911-də vəfat etmişdir), cild 1, səh. 332,"Müstədrək əla əl Səhihəyn"
kitabında, cild 13, s 126-7-də
Səhih (Cami, Sünən) əl Tirmizi (vəfatı
Hicri 279), cild 5, səh. 141 (Beyrut çapı: Dar əl-kutub əl-ilmiyyah, İbn əl-Ərabi
əl-Malikinin şərhi ilə)
İbrahim Quliyev Hədisşünaslığın əsasları,Bakı-2013,səh435.(əl-Kəşşi,
Rical, səh. 288)
Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi
halı, c.3, səh.124, hədis 125;
Sünəne ibn Macə, hədis 116, əl-Mustədrək
3-128, Kifayətul-tutalib bab 9- 82, bab 24-124)
Fəzlüllah Kompani Əli kimdir,
Mоcе-еlm-2005, səh187
Qurani Kərim və Azərbaycan dilinə mənaca tərcüməsi. Ərəb
dilindən tərcümə edənlər: Z.M.Bünyadov , V.M.Məmmədəliyev. Bakı “Şərq Qərb” Nəşriyyat evi, 2012
Şəvahidut-tənzil. 1/ 294 – 303, Yənabiul-məvəddə
100
Nəhcül-bəlağə. Imam Əlinin(ə) Imam Həsən(ə)
və Imam Hüseynə(ə) vəsiyyəti. 47-ci məktub
Hakim Nişaburi Əl Müstədrək cild 3.
Nağıyeva Şəfiqə

Hiç yorum yok:
Yorum Gönder