10 Ağustos 2015 Pazartesi

RƏCƏT


 Rəcət kəlməsinin mənası qayıtmaq deməkdir. Dini termin kimi isə xalis möminlərin və ən qatı münafiqlərin bu dünyanı tərk etdikdən sonra Qiyamətdən əvvəl yenidən dünyaya qayıtmasdır.
İmam Sadiq (ə) buyurub: Rəcət hamıya məxsus deyil, bəzi  insanlara məxsusdur. Yalnız xalis möminlər və xalis müşriklər rəcət edəcəklər. Rəcət dünyaya yenidən qayıdışdır.(Burhan təfsiri , 2-ci cild səh-408)

İmam Sadiqdən (ə) gələn başqa bir hədisdə: "Rəcət (qayıdış) haqdır və hər kəs ki, ona inanmır, biz Əhli-beytdən (ə) deyildir".
1. Rəcət haqdır. Yəni, orada batilə yol yoxdur və həyata keçməsi də mütləqdir.
2. Hər kim rəcətə inanmır, Əhli-beyt (ə) məktəbindən çıxmış deməkdir.
3. Rəcətə etiqad zamanı dildə bəyan etməklə yanaşı, qəlbdə də ona inanmaq lazımdır.
Qurani Kərimdə Rəcət haqqında ayələrdən biri Nəhl 38-ci  ayədir. Allahu-təala buyurur:
“Onlar ən ciddi andları ilə Allaha and içdilər ki, Allah ölən şəxsi əsla diriltməyəcəkdir! Xeyr (dirildəcəkdir)! Bu Onun öhdəsində olan haqq və sabit bir vəddir, lakin insanların çoxu bilmir”.
Muhəmməd ibn Yaqub öz isnadı ilə Sirindən nəql edib deyir:  Mən İmam Sadiq (ə) yanında idim. İmam Sadiq (ə) səhabələrindən soruşur: “Camaat bu ayə barəsində nə deyir? Səhabələrindən biri deyir: “Onlar deyirlər ki, kafirlərin barəsində nazil olmuşdur” Həzrət buyurur: “Kafirlər heç vaxt Allaha and içməzlər; əksinə, bu ayə Həzrəti Muhəmmədin ümmətindən olan bir qrup barəsindənazil olmuşdur. Onlara deyilmişdir ki, Qiyamətdən əvvəl və ölümdən sonra bir daha da bu dünyaya gələcəksiniz. Onlar and içirdilər ki, heç vaxt qayıtmayacaqlar. Allah onların sözlərini  Rədd edərək, buyurmuşdur ki, onlar üçün ixtilaf etdikləri şeyi bəyan etsin və kafirlər bilsinlərki yalançıdırlar. Allah rəcətdə onlari qaytaracaq və yenidən öldürəcək, möminlərin qəlbi təskinlik tapacaq.(İlzamun-nasib 2-ci cild, səh 346; Nurus Səqəleyn, 3-cü cild səh-54; Təfsiri Burhan, 2-ci cild, səh-368)
İmam Sadiqdən (ə) başqa hədisdə bu ayənin təfsirində buyurmuşdur: Bu ayə bizim Qaimimizin (ə) qiyam etdiyi və onunla birgə bir dəstə insanın dirildiyi zamana aiddir. O vaxt sizə müxalif olan kəslər deyəcəklər: Ey şiələr, artıq sizin dövlətiniz aşkar olub (qurulub), amma siz yalandan deyirsiniz ki, filankəslər, filankəslər dirilib. Allaha and olsun ki, elə deyil. Allah öləni (bu dünyada) diriltməz! Görmürsən ki, Allahu-təala “onlar Allaha ən ciddi anları ilə and içdilər…” deyir? Müşriklər Lat və Üzzanı ən əzəmətli hesab etdikləri üçün onları qoyub başqasına and içməzdilər. (Deməli bu ayə müşriklərə yox, bu ümmətdən olan bəzi şəxslərə aiddir.) Sonra izzət vəcəlal sahibi olan Allah deyir: “Xeyr (dirildəcəkdir)! Bu Onun öhdəsində olan haqq və sabit bir vəddir, lakin insanların çoxu bilmir. (Allah bunu) barəsində ixtilafa düşdükləri şeyi onlara aydınlaşdırması və küfr edənlərin yalançı olmalarınıbilmələri üçün (həyata keçirəcək)!” (Təfsiru-Əyyaşi: c.2, səh.259)
Əbul Qasim Bəlxi deyir: “Rəcət caiz deyildir. Əgər camaat rəcətə etiqad bəsləsə, günaha batacaq. Çünki rəcətdə tövbə edəcəyinə ümid bağlayacaq” Bu şübhəyə mərhum Təbərisi belə cavab verir:“Rəcətəetiqad bəsləyənlər hər kəsin  rəcət etməsini demirlər; əksinə, onlar yalnız bir qrup insanın qayıdacağını deyirlər. Buna görə də hər kəs özünün rəcət edənlər sırasında olmadığını  ehtimal etsə, rəcət ümidi ilə tövbəni təxirə sala bilməz”. (Məcmuəl-bəyan, 1-ci cild, səh-115; Təfsiri-Tibyan, səh-255)
Həlli cavbı üçün Rəcətdə tövbə qapısı bağlanacaq.

Hicr surəsi 36-37-ci ayədə: “İblis dedi Pərvərdigara, insanların dirildiyi günə qədər mənə möhlət ver” Allah buyurur: “Müəyyən olunmuş günə qədər sən möhlət verilənlərdənsən”.
Bu ayə eyni ilə  Sad surəsində təkrar olunmuşdur.İblis Allahdan Qiyamət gününə qədər möhlət istəyir və Allah da cavab verir ki, Müəyyən olunmuş günə qədər sən möhlət verdim. Ayələrə diqqət etdikdəməlum olur müəyyən olunmuş gün dedik də məqsəd Qiyamət günü deyildir. Çünki qiyamət günüolsaydı, ayədə Müəyyən olunmuş gün təbirinin artırılmasına ehtiyyac olmazdı və onun istəyinə sadəcəmüsbət cavab vermək  kifayət olardı.
Əllamə Təbətəbai ayənin təfsirində buyurur: Bu ayədə bir qəbul bir də rədd etmə mövcuddur. Möhlətinözü qəbul olub amma onun axırının Qiyamət olması rədd olunmuşdur.
İmam Sadiq (ə) bu ayənin təfsirində  buyurub:Bu hadisə Əmirəl-möminin rəcətində baş verəcəkdir.
Deməli müəyyən olunmuş gün Qiyamət deyilsə ondan qabaq baş verəcək bu Rəcətdir.
 (İstifadə olunan mənbə Məhəmməd Xadim Şirazi Rəcət )
N.Ş

1 yorum: