Hədis 151: İmam Sadiq (ə) buyurur: ”Allah-təala qafil qəlblə edilən duanı qəbul
buyurmaz, ona görə də agah qəlblə dua et və duanın qəbul olacağına əmin ol.”
* * *
Hədis 152: İmam Məhəmməd Təqi (ə) buyurur: “Şükrü yerinə yetirilməyən
bir ne`mət bağışlanmayan
günah kimidir.”
* * *
Hədis 153: İmam Məhəmməd Təqi (ə) buyurur: “Allahın
tə`qib etdiyi bir kəs necə qaça bilər?!”
* * *
Hədis 154: İmam Məhəmməd Təqi (ə) buyurur: “Bir çox insanların nifrətini qazanmadan
Allah məhəbbətini ələ gətirmək qeyri-mümkündür.”
* * *
Hədis 155: İmam Məhəmməd Təqi (ə) buyurur: “Allahdan
qeyrisinə ümidvar olanı Allah elə onun ümidinə
buraxar.”
* * *
Hədis 156: İmam Əliyyən Nəqi (ə) buyurur: “Öz dəyərini anlamayan adamın şərindən qorun.”
* * *
Hədis 157: İmam Əliyyən Nəqi (ə) buyurur: “Dünya
bir bazardır. Bu bazarda kimi qazanır, kimi isə zərərə düşür.”
* * *
Hədis 158: İmam Əliyyən Nəqi (ə) buyurur: “Bəla səbirli şəxs üçün bir, səbirsiz şəxs üçün isə ikidir.”
* * *
Hədis 159: İmam Əliyyən Nəqi (ə) buyurur: “Allah-təala, Onu qəzəbləndirəni
xalqın qəzəbinə düçar edər.”
* * *
Hədis 160: İmam Həsən Əskəri (ə)
buyurur: “Dostunu xəlvətdə nəsihət edən şəxs onu zinətləndirmişdir.”
* * *
Hədis 161: İmam Həsən Əskəri (ə) buyurur: “Dostunu
aşkar surətdə nəsihət edən kəs onu xəcil (xəcalətli) etmişdir.”
* * *
Hədis 162: İmam Həsən Əskəri (ə) buyurur: “Dostlarının
ən yaxşısı o kəsdir ki, sənin günahlarını unudub, yaxşılıqlarını yadda saxlasın.”
* * *
Hədis 163: İmam Həsən Əskəri (ə) buyurur: “Şöhrət
və rəyasət istəməkdən çəkin. Çünki bu ikisi insanı məhvə sürükləyir.”
* * *
Hədis 164: İmam Həsən Əskəri (ə) buyurur: “Müsibət
görmüş adamın yanında şadlanmaq ədəbdən deyildir.”
* * *
Hədis 165: İmam Həsən Əskəri (ə) buyurur: “Ehtiyatın bir həddi vardır ki, onu aşdıqda qorxaqlığa çevrilər.”
* * *
Hədis 166: Həzrət Əli (ə) buyurur: “Kömək
və yardım (Ruzi barəsində) ehtiyac olan qədər (Allah tərəfindən) çatasıdır.”
* * *
Hədis 167: İmam Həsən Əskəri (ə) buyurur: “Mö`mini
zillətə salan bir şeyə onun meyl göstərməsi necə də pisdir.”
* * *
Hədis 168: İmam Həsən (ə) buyurur: “Siz qısa
müddət ərzində və saylı günlərdə yaşayırsınız, ölüm isə qəfildən gəlir .”
* * *
Hədis 169: Həzrət Məhəmməd (s) buyurur: “Elm öyrətdiyiniz
və ya elm öyrəndiyiniz şəxslə yumşaq davranın.”
Hədis 170: Həzrət Məhəmməd (s) buyurur: “Ölümümdən
sonra ümmətim üçün ən çox qorxduğum şəxs Qur`anı yanlış təfsir və tə`vil edən şəxsdir.”
* * *
Hədis 171: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala
Öz bəndəsinin tövbəsini canı çıxana qədər qəbul
edir.”
* * *
Hədis 172: Həzrət Məhəmməd (s) buyurur: “Bir şəxsin
qaib bir şəxs barəsində etdiyi dua daha tez qəbul olar.”
* * *
Hədis 173: Həzrət Məhəmməd (s) buyurur: “Qiyamətdə
barəsində sorğu-sual olanan ilk şey namazdır.”
* * *
Hədis 174: Həzrət Məhəmməd (s) buyurur: “Təəccüb
edirəm o kəsə ki, ölüm onun sorağında ikən, o, dünya istəyindədir.”
* * *
Hədis 175: Həzrət Məhəmməd (s) buyurur: “Elm axtarışında
olan şəxsin ruzisini Allah yetirər.”
* * *
Hədis 176: Həzrət Məhəmməd (s) buyurur: “Mənim
ümmətimə qarşı mehriban olanla Allah da mehriban
olar.”
* * *
Hədis 177:
Həzrət Məhəmməd (s) buyurur: “Müsəlmanların qeybətini etməyin və onların eyiblərini araşdırmayın (axtarmayın).”
* * *
Hədis 178: Həzrət Əli (ə) buyurur: “Xoş o
kəsin halına ki, Allaha ibadət etmək müvəffəqiyyətinə nail olub, günah və xatasına isə ağlayır.”
* * *
Hədis 179: Həzrət Əli (ə) buyurur: “Xoş o
kəsin halına ki, arzuları qısadır və ömrünü qənimət sayır.”
* * *
Hədis 180: Həzrət Əli (ə) buyurur: “Əməl etmədən
behişt istəmək axmaqlıqdır.”
* * *
Hədis 181: Həzrət Əli (ə) buyurur: “Dil yarası (tə`nə vurmaq) nizə yarasından
daha yandırıcıdır.”
* * *
Hədis 182: Həzrət Əli (ə) buyurur: “Başqalarının
ölümünü gördüyü halda öz ölümünü unudan kəsə təəccüb edirəm.”
* * *
Hədis 183: Həzrət Əli (ə) buyurur: “Hər gün
canının və ömrünün əskildiyini görə-görə ölüm üçün bir iş görməyən kəsə təəccüb
edirəm .”
* * *
Hədis 184: Həzrət Əli (ə) buyurur: “Təəccüb
edirəm o kəsə ki, ölüm yatağından qorxur, lakin günahdan uzaqlaşmır.”
* * *
Hədis 185: Həzrət Əli (ə) buyurur: “Dünyada
gedəcəyini bildiyi halda axirəti üçün azuqə hazırlamayan kəsə təəccüb edirəm.”
* * *
Hədis 186: Həzrət Əli (ə) buyurur: “O kəsə
təəccüb edirəm ki, danışdığı sözlərin nə dünyada ona bir xeyri var, nə də axirəti üçün savab yazılır.”
* * *
Hədis 187: Həzrət Əli (ə) buyurur: “O kəsə
təəccüb edirəm ki, özündən yuxarıdakının mərhəmətinə ümidvar olduğu halda, ondan asılı
olanları ümidsiz qaytarır.”
* * *
Hədis 188: Həzrət Məhəmməd (s) buyurur: “Xalq bir
şəxsin dilindən qorxarsa, o şəxs cəhənnəm əhlidir.”
* * *
Hədis 189: Həzrət Məhəmməd (s) buyurur: “Fürsətləri
əldən vermək qəm-qüssə gətirər.”
* * *
Hədis 190: İmam Kazim (ə) buyurur: “Mö`min
tərəzinin iki gözü kimidir − imanı artdıqca, bəlası da artar.”
* * *
Hədis 191: İmam Kazim (ə) buyurur: “Öz (din) qardaşını aldadan şəxs məl`undur.”
* * *
Hədis 192: İmam Kazim (ə) buyurur: “Öz (din) qardaşına nəsihət verməyən (onun yaxşılığını istəməyən) şəxs məl`undur.”
* * *
Hədis 193: İmam Kazim (ə) buyurur: “Öz (din) qardaşının qeybətini edən şəxs məl`undur.”
* * *
Hədis 194: İmam Kazim (ə) buyurur: “Allahdan
qorx, haqqı söylə − sənin məhvin onda olsa da belə.”
* * *
Hədis 195: İmam Kazim (ə) buyurur: “Allahın
göndərdiyi bütün peyğəmbərlər səxavətli olmuşlar.”
* * *
Hədis 196: İmam Kazim (ə) buyurur: “Uzun yaşayacağınızı
özünüzə təlqin etməyin. Çünki bu adamı həris edər (tamahlandırar).”
* * *
Hədis 197: İmam Kazim (ə) buyurur: “Nəfsinlə
cihad et ki, onu faydasız həvəslərdən
qoruyasan.”
* * *
Hədis 198: Həzrət Əli (ə) buyurur: “Xalqla
xoş keçinmək ağıl nişanəsidir.”
Hədis 199: Həzrət Əli (ə) buyurur: “Ağılın
ən yüksək dərəcəsi cəhli
(bilməməzliyi) e`tiraf etməkdir.”
* * *
Hədis 200: Həzrət Əli (ə) buyurur: “Aqilin
ehtiyacsızlığı onun elminə görədir.”
* * *
Hədis 201: Həzrət Əli (ə) buyurur: “Cahilin
ehtiyacsızlığı malına görədir.”
* * *
Hədis 202: Həzrət Əli (ə) buyurur: “İntizarı
çəkiləsi ən layiqli (səlahiyyətli) şey gizli
ölümdür ki, hər şeydən tez gəlib yetişir.”
* * *
Hədis 203: Həzrət Əli (ə) buyurur: “Dost çətinlik
zamanı tanınar.”
* * *
Hədis 204: Həzrət Əli (ə) buyurur: “Gözün
kor olması bəsirətin kor olmasından daha yüngüldür.”
* * *
Hədis 205: Həzrət Əli (ə) buyurur: “Bircə saatlıq qısa düşünmək uzun-uzadı ibadətdən üstündür.”
* * *
Hədis 206: Həzrət Əli (ə) buyurur: “O şəxs nicat tapar ki, faydasız həvəslərinə qalib gəlmiş, nəfsinin istəklərinə
hakim olmuşdur.”
* * *
Hədis 207: Həzrət Əli (ə) buyurur: “Büdrəməmək
üçün əvvəlcə düşün, sonra danış.”
* * *
Hədis 208: Həzrət Əli (ə) buyurur: “Az tapılır
ki, insan qarınqulu olduğu halda, xəstələnməsin.”
* * *
Hədis 209: Həzrət Əli (ə) buyurur: “Hər kəsin
dəyəri onun biliyi qədərindədir.”
* * *
Hədis 210: Həzrət Əli (ə) buyurur: “Az yemək
bədəni bir çox xəstəliklərdən qoruyur.”
* * *
Hədis 211: Həzrət Əli (ə) buyurur: “Əməl edilən
az elm, əməl edilməyən çox elmdən üstündür.”
* * *
Hədis 212: Həzrət Əli (ə) buyurur: “Axmağın
qəlbi dilinin, aqilin dili isə qəlbinin
arxasındadır (yə`ni, aqil əvvəlcə düşünər sonra danışar).”
* * *
Hədis 213: İmam Sadiq (ə) buyurur: “Böyüklərimizə
ehtiram göstərməyən, kiçiklərimizə isə rəhm etməyən kəs bizdən deyildir.”
* * *
Hədis 214: İmam Sadiq (ə) buyurur: “Bizim
vilayətimiz (hakimiyyətimiz) Allahın hakimiyyətidir. Heç bir peyğəmbər bu vilayətsiz
məb’us edilməmişdir.”
* * *
Hədis 215: İmam Sadiq (ə) buyurur: “Başqasının
sirri üzərindən pərdəni götürənin öz
evinin sirləri aşkar olar.”
* * *
Hədis 216: İmam Sadiq (ə) buyurur: “Qardaşına
quyu qazan özü düşər.”
* * *
Hədis 217: İmam Sadiq (ə) buyurur: “Qadınlarınızın
pak qalması üçün gözünüzü xalqın namusundan
çəkin.”
* * *
Hədis 218: İmam Sadiq (ə) buyurur: “Mö`min
başqaları ilə keçinir və əsla kimsə ilə didişmir.”
* * *
Hədis 219: İmam Sadiq (ə) buyurur: “Dolanışıqda
orta həddi gözləyən şəxs heç vaxt fəqir olmaz.”
* * *
Hədis 220: Həzrət Əli (ə) buyurur: “Çox vaxt
bir saatlıq şəhvət ləzzətindən uzun qəm-qüssə yaranır.”
* * *
Hədis 221: İmam Sadiq (ə) buyurur: “İnsanın daxili islah olarsa, zahiri
rəftarı möhkəmlənər.”
* * *
Hədis 222: İmam Sadiq (ə) buyurur: “Tənbəllik və hövsələsizlikdən uzaq ol. Çünki
bu iki hal bütün pisliklərin başlanğıcıdır.”
* * *
Hədis 223: İmam Baqir (ə) buyurur: “Allah-təala - pis danışan, lə`nət deyən və tə`nə vuranları sevmir.”
* * *
Hədis 224: İmam Baqir (ə) buyurur: “Bizim
şiəmiz olan şəxs təqvalıdır, Allaha itaət edən və xalqın haqqında yalnız yaxşı sözlər danışanıdır.”
* * *
Hədis 225: İmam Baqir (ə) buyurur: “Sənə zülm
etmişlərsə də, sən zülm etmə.”
* * *
Hədis 226: İmam Baqir (ə) buyurur: “Səni yalan
danışmaqda ittiham edərlərsə, qəzəblənmə.”
* * *
Hədis 227: İmam Baqir (ə) buyurur: “Səni tə`rif
etsələr, sevinmə.”
* * *
Hədis 228: İmam Baqir (ə) buyurur: “Hikməti,
hətta ona əməl etməyəndən də olsa, öyrənin.”
* * *
Hədis 229: İmam Baqir (ə) buyurur: “Əlinə
fürsət düşəndə səhlənkarlıq etmə.”
* * *
Hədis 230: “Saleh insanların məclisi insanı islaha vadar edər.”
* * *
Hədis 231: İmam Səccad (ə) buyurur: “Yaradılış
məqsədiniz barədə düşünün və ona əməl edin. Çünki Allah sizi əbəs yerə yaratmamışdır.”
* * *
Hədis 232: İmam Səccad (ə) buyurur: “Cəhənnəm
odundan qorxan şəxs
günahlarından tövbə
edər.”
* * *
Hədis 233: İmam Səccad (ə) buyurur: “Allahın
ən xoşu gələn şey budur ki, insan Onu
tanıdıqdan sonra qarnını və cinsiyyət üzvlərini haramlardan
qorusun.”
* * *
Hədis 234: İmam Səccad (ə) buyurur: “Əgər bir şəxs səni söydükdən sonra üzr istəyərsə, onu bağışla.”
* * *
Hədis 235: Həzrət Əli (ə) buyurur: “Hər kim
orta həddi gözləsə, həlak olmaz.”
* * *
Hədis 236: İmam Səccad (ə) buyurur: “Pis işi
tərk etməkdən çəkinmə; bu pis əmələ məşhur olsan da belə.”
* * *
Hədis 237: İmam Həsən (ə) buyurur: “Düşüncə
sahibi olub-olmamaq qəzəblənən vaxt bilinər.”
Hədis 238: İmam Hüseyn (ə) buyurur: “Fisq-fücur əhli ilə (günahkarlarla) yoldaşlıq etmək insana qarşı sui-zənn yaradır.”
* * *
Hədis 239: İmam Hüseyn (ə) buyurur: “Bə’zi insanlar dünyanın bəndəsidirlər və dindarlıqları yalnız dildədir. Maddi
həyatlarına uyğun gələnədək dinlə yoldaşlıq edirlər. İmtahana çəkildikdə isə dindarlar az olur.”
* * *
Hədis 240: İmam Hüseyn (ə) buyurur: “Mən ölümü
eynilə xoşbəxtlik, zalımlarla yaşamağı isə ağrılı bir əzab sanıram.”
* * *
Hədis 241: İmam Hüseyn (ə) buyurur: “Xalqın
ən səxavətlisi o kəsdir ki, heç bir hədiyyə ummadığı şəxslərə (bir şey) əta etsinlər.”
* * *
Hədis 242: İmam Hüseyn (ə) buyurur: “Üzr istəməli
olacağın işdən uzaq ol. Çünki mö`min nə pis iş görər, nə də üzr istəyər.”
* * *
Hədis 243: İmam Hüseyn (ə) buyurur: “Başqalarının
günahından qorxan, lakin öz günahının cəzasını yaddan
çıxaranlardan olma.”
* * *
Hədis 244: İmam Hüseyn (ə) buyurur: “Salam verməyin yetmiş savabı var. Onun altmış doqquzu
salam verənin, biri isə salamı alanındır.”
* * *
Hədis 245: İmam Əli (ə) buyurur: “Nə çoxdur
dilin üzündən həlak olanlar!”
* * *
Hədis 246: İmam Əli (ə) buyurur: “Çox çətinliklər
mülayimliklə asanlaşır.”
* * *
Hədis 247: İmam Əli (ə) buyurur: “Çoxları
axirət üçün olan əməli o qədər tə`xirə salır ki, axırı ölüm onun yaxasından yapışır.”
* * *
Hədis 248: İmam Əli (ə) buyurur: “Çoxlarının
orucu susuz qalmaqdan başqa bir şey deyildir.”
* * *
Hədis 249: Həzrət Əli (ə) buyurur: “Çoxlarının
namazı, əziyyət və yorğunluqdan başqa bir şey deyildir.”
* * *
Hədis 250: Həzrət Əli (ə) buyurur: “Əcəli
çatdığı halda, mal toplamaqda olan bədbəxt nə çoxdur.”
* * *
Davamı var..

Hiç yorum yok:
Yorum Gönder