23 Ağustos 2015 Pazar

İMAM ƏLİNİN (Ə) NƏZM ƏSƏRLƏRİNDƏN



Ya Rəbb həmdü-səna layiq bir sənə,
Asanda, çətində qaçdım kölgənə

Əgər çətinliyə, müşkülə düşsən,

Qarşıda açılış olası hökmən.
**************************

Ümidini haqdan üzmə heç zaman,

Ümidsizlik küfrə bərabər, insan!

Altmış illik ömrün yarısı yuxu,

Qalan yarısının yarısı qəflət.
**************************

Üçdə bir xəyal, ruzi qayğısı,

Demək, ömrə sevgi aşkar cəhalət.

Nəfsi tox insandan ucası harda?

Bir haqqı düşünər qalanda darda.
****************************

Dünyaya «get» deyib, üz tutan dinə

Rahatlıq libası geymiş əyninə

Kiçik günahlara çalmasan düyün,

Artıb böyük günah olası bir gün. 



 Müəllif: Fəzlullah Kompani  Əli (ə) kimdir.
N.Ş



Hiç yorum yok:

Yorum Gönder